Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:38

'Azərbaycan' himninin müəllifi nəyə güvənirdi?


Əhməd Cavad
Əhməd Cavad

Son aylarını yaşayan 2017-ci il həm də şair Əhməd Cavadın iki yubileyi ilə yaddaşlara köçür.

1892-ci il mayın 5-də doğulan (125 il) şair 1937-ci il oktyabrın 12-də (80 il) güllələnib...

NİYƏ?

Maraqlıdır ki, bolşevik işğalından sonra Əhməd Cavad başqa həmfikirləri kimi ölkədən getməyib.

Nəyə güvənirdi «Azərbaycan» himninin müəllifi?

Azərbaycan bayrağına dillər əzbəri şeirlər yazan?

Üçrəngli bayrağa «Sən mələklərin gülüşündən, ahuların duruşundan yarandın»-deyən şair işğalçıların onu bağışlayacağınımı düşünürdü?

SUSMARAM!

Ya «Yol ver Türkün bayrağına!» hayqıran biri?

Ya «çeynənən bir ölkənin «Haqq» bağıran səsi»?

Ya:

«Bən şairəm, doğru, amma

Başqa dilim, diləyim!

Bu gördüyüm xərabədə

Nə nəşidə söyləyim?»

Ya:

«Mənə «dinmə, sus!» - deyirsən,

nə vaxtacan susacam?

Böhranların, hicranların

məhbəsində qalacam?!»

Ya:

«Mən hər gələn 1 mayısa pək çox ümidlər bağlaram,

Hər gələcək mayıs üçün nisan ağlar, mən ağlaram…».

«SONADƏK İFŞA ETMƏLİ!»

20-ci və 30-cu illəri Əhməd Cavad bolşevik hakimiyyəti ilə çarpışmalarda keçirdi.

Hətta 1923-cü ildə həbs olundu, buraxıldı.

«Göygöl» şeiri başına bəla oldu.

Bolşevizmi öyən şeirlər də yazmağa cəhd etdi.

Heyhat! Mətbuatda «Sonadək ifşa etməli», «Sıralarımızda düşmənlərə yer yoxdur» tipli yazılardan sonra bu şeirlər heç yada düşmədi belə. Düşsə də başqa yerə yozuldu.

HƏMİN MÜDHİÇ GECƏ...

1937-ci il iyunun 4-ü gecəsi onu həbs etdilər.

Bu, Hüseyn Cavidin, Mikayıl Müşfiqin də aparıldığı həmin müdhiş gecəydi...

4 aylıq «istintaq»dan sonra SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyasının 12 oktyabr 1937-ci il qərarı ilə şair Cavad güllələndi...

«SUSMARAM!»

«Nə qədər ki, hakimlik var,

məhkumluq var, mən varam!

Zülmə qarşı üsyankaram,

əzilsəm də SUSMARAM!!!»

AzadlıqRadiosunun «İz» proqramı bu sayında oktyabrın 12-də amansız işgəncələrdən sonra öldürülmüş şair Cavadın izinə düşüb.

«Susmaram!» söyləyənlərin sonunun dəyişmədiyi bir zamanda ölməz şairi sayğıyla anın!

Bu «İz»i itirməyin.

'Azərbaycan' himninin müəllifi nəyə güvənirdi?
Gözlə

No media source currently available

0:00 0:30:06 0:00
Direct-ə keçid

XS
SM
MD
LG