Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:17

Azərbaycanda siyasi məhbus mübahisələri qaldığı yerdən davam edir


Əliyevə müxalif olanların cibindən narkotik çıxır: 17 ildir davam edən 'trend'
Gözlə

No media source currently available

0:00 0:08:33 0:00

Əliyevə müxalif olanların cibindən narkotik çıxır: 17 ildir davam edən 'trend' (Arxiv)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində xüsusi ittiham qaydasında cinayət işi başladılıb. Bu gün, avqustun 13-də Nəsimi rayon Məhkəməsində iş üzrə hazırlıq iclası keçirilir. O, Cinayət Məcəlləsinin böhtan (147) və təhqir (148) maddələri ilə ittiham edilir. Şikayətçi bir neçə il öncə bu partiyadan çıxarılmış Aydın Əliyevdir. Onun hakimiyyətlə əməkdaşlıq etməsi ilə bağlı iddiaları özünə böhtan və təhqir kimi qəbul etdiyi bildirilir. AXCP rəhbərliyində isə məhkəmə müstəvisində dəyərləndiriləcək ittihamı siyasi sayırlar və hazırda müxtəlif ittihamlarla 12 üzvlərinin həbsdə olduqlarını vurğulayırlar.

Azərbaycanda növbədənkənar parlament seçkilərinə cəmi 17 gün qalıb. İndiki halda ölkədə müxalif təbəqədə yeni həbslər gözləniləndirmi? Siyasi məhbus sayılan şəxslərin işi ilə bağlı hansısa yeniliklər ola bilərmi? Adətən Azərbaycanda seçkilər ərəfəsində yumşalmalar gözlənilir. Amma bu ilin əvvəlində Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) mandatı təsdiqlənməyib. Bunun ardınca qurum növbədənkənar parlament seçkilərini müşahidə etməyə çağırılmayıb.

Leyla Yunus
Leyla Yunus

"ABŞ əsas rol oynaya bilər"

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus mövzu ilə bağlı AzadlıqRadiosuna açıqlamasında deyib ki, Azərbaycanda siyasi məhbus probleminin həllində AŞPA heç bir rol oynamır. Yunus deyir ki, Azərbaycanın AŞPA ilə münasibətləri çoxdan pisdir və həmməruzəçilər siyasi məhbuslara kömək etmək üçün heç nə edə bilmirdilər: "Ona görə də münasibətlərin pisləşməsi böyük rol oynamır".

Hüquq müdafiəçisinin sözlərinə görə, siyasi məhbuslar məsələsində əsas təsiredici amil ABŞ-dir: "Ardınca Avropa İttifaqı və Avropa Parlamentin münasibətləri. Yəni, adlarını çəkdiklərimin sanksiya təhlükəsi. Ancaq bütün hallarda ilk növbədə siyasi məhbus məsələsinin həllində ABŞ əsas rol oynaya bilər".

Nigar Həzi
Nigar Həzi

"Rusiya-Ukrayna cəbhəsindəki durumdan asılıdır"

Amma hazırda həbsdə olan müsavatçı, Milli Şuranın üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi siyasi məhbus sayılan şəxslərin probleminin həllini fərqli rakursdan görür. Onun deməsinə görə, indiki vəziyyətin dəyişməsi Rusiya-Ukrayna cəbhəsindəki durumdan asılıdır (T.Yaqublu 2023-cü il dekabrın 14-də saxlanılıb. Ona qarşı dələduzluq, saxta sənəddən istifadə kimi ittihamlar irəli sürülüb. İttihamları qəbul etmir): "Putin hakimiyyəti tez bir zamanda zəifləyərsə, bəlkə, siyasi məhbusların azadlığa buraxılması üçün zəmin yaranar. Adi bir misal, fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçirildi, amma kifayət qədər siyasi məhbuslar olsa da, həbslər davam etdi. Hazırda ölkədə parlament seçkiləri kampaniyasıdır, ancaq Əli Kərimli ilə bağlı saxta məhkəmə işi yaradırlar".

"Azərbaycanda siyasi məhbus yoxdur"

Azərbaycanın hüquq müdafiəçilərinin siyasi məhbus saydıqları şəxslərlə bağlı vahid siyahları yoxdur. Bəzi siyahılarda 100-dən az, bəzilərində isə 300-ə yaxın şəxsin adı yer alır.

Rəsmilər isə, ümumiyyətlə, ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Elə Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid də mövzu ilə bağlı "Turan"a açıqlamasında vurğulayıb ki, "Azərbaycanda siyasi məhbus yoxdur".

Amma nə o, nə də Prezident yanında Əfv Məsələləri Komissiyasının digər üzvləri bu məsələ ilə bağlı geniş danışmaq istəyiblər.

XS
SM
MD
LG