Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:46

İlham Əliyev təqibləri etiraf edib?


İlham Əliyev və Claire Shortun görüşü
İlham Əliyev və Claire Shortun görüşü

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün sədri Claire Short-un Azərbaycan prezidenti ilə söhbətinin yeni təfərrüatları məlum olub

“O mənə bunu çatdırmağa çalışdı ki, təqiblər ölkəni sabitsizləşdirməyə çalışan adamlara görə olub”. Bunu Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün sədri Claire Short İlham Əliyevlə görüşünün məğzini BBC Azərbaycancaya şərh edərkən deyib.

“O regiondakı sabitsizlikdən danışdı və dedi ki, məsələn, “Molotov kokteyli” kimi işlərlə bağlı bəzi adamlar həbs ediliblər” – deyib Claire Short.

Xanım Short müsahibəsində bildirib ki, Azərbaycan prezidentinə belə deyib:“Biz insan haqlarını tətbiq edən qurum deyilik, lakin bizim qaydalarımız, şurada vətəndaş cəmiyyətinin fəaliyyətini tələb edir. Azərbaycandakı bir sıra məhdudiyyətlər isə o deməkdir ki, EITI-dəki vətəndaş cəmiyyəti nümayəndələri sərbəst fəaliyyət göstərə bilmirlər”.

Təqiblər Maydana görədir

Claire Shortun sözlərinə görə, İlham Əliyev buna cavab olaraq bildirib ki, məhdudiyyətlər Ukrayndakı “Meydan” və regiondakı başqa hadisələrlə əlaqədar tətbiq edilib.

Prezident bunun ardınca EİTİ sədrinə deyib ki, ona konkret problemlər bildirilərsə, o öz növbəsində onların aradan qaldırılması üçün tədbir görər.

O mənə bunu çatdırmağa çalışdı ki, təqiblər ölkəni sabitsizləşdirməyə çalışan adamlara görə olub

Xanım Short müsahibəsində deyib ki, bu vədlərin yerinə yetiriləcəyinə inanır, lakin belə olmazsa, Azərbaycan barədə yekun qərar qəbul ediləcək. O deyib ki, Azərbaycana dair növbəti hesabat 2016-cı ilə açıqlanacaq.

“O çox möhkəm vəd verib. Bu dəyişikliklər edilməlidir, yoxsa problem olacaq. Məsələ çox aydındır” – deyib EİTİ sədri.

Pisləşmə davam edir

Ötən apreldəki səfərindən bəri Azərbaycanda hansı dəyişiklikləri müşahidə etdiyi barədə suala cavab verərkən Claire Short söhbət etdiyi diplomatlara istinad edib.

“Səfirlərin baxışları belədir ki, vəziyyət pisləşməkdə davam edir. Onlar düşünürlər ki, bu, Azərbaycanın potensial gələcəyinə və ölkəyə investisiya yatırılması mühitinə zərər vurur. Onlar doğrudan da ümid etmək istəyirlər ki, EITI-dən başlanacaq dəyişikliklər dönüş nöqtəsi olacaq və bir müddətdən sonra vəziyyətin pisləşməsi dayanacaq” – deyib xanım Short.

Bu ilin əvvəlində Azərbaycanın bu qurumda statusu tamhüquqlu üzvlükdən müvəqqəti üzvlüyə salınıb. Buna Koalisiyanın vətəndaş cəmiyyəti fəallarının MSŞT prosesində iştirakıyla bağlı dərin narahatlığı səbəb olub.

XS
SM
MD
LG