Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:25

Erdoğan Aya Sofyanın ‘adını’ muzeydən məscidə çevirəcəyini deyir


Aya Sofya
Aya Sofya

Türkiyə prezidenti Recep Tayyip Erdoğan martın 29-da deyib ki, İstanbuldakı məşhur Aya Sofya məbədinin “adını muzeydən məscidə çevirəcək”.

Lakin o şəhərin əsas görməli yerlərindən biri olan bu binanın funksiyasının dəyişib-dəyişməyəcəyinə dair heç nə deməyib.

UNESCO-nun Dünya Mədəni İrs siyahısında olan Aya Sofya 500 il əvvəl İslamın ən böyük məscidinə çevrilməzdən əvvəl 900 il müddətində Xristianlığın ən mühüm kilsəsi sayılıb.

Məscid 1935-ci ildə muzeyə çevrilib.

2014-cü ildə bu binanın fəaliyyət göstərən məscidə çevriləcəyinə dair yayılan şayilərin ardınca Erdoğanın müşaviri Ibrahim Kalin belə bir planın olmaması barədə bəyanat vermişdi.

31 mart seçkisi ərəfəsində Erdoğan Aya Sofya məsələsini bir neçə dəfə dilə gətirib.

O martın 29-da keçirdiyi seçki mitinqində deyib: "Seçkidən sonra biz Aya Sofyanın adını muzeydən məscidə çevirəcəyik. Bizim bəzi planlarımız var və biz bu planları həyata keçirəcəyik”.

Erdoğan eyni bəyanatı martın 27-də televiziya müsahibəsi zamanı da vermişdi.

Martın 28-də Birləşmiş Ştatların Beynəlxalq Din Azadlığı Komissiyası Erdoğanın bəyanatını qətiyyətlə pisləyib.

Təşkilaıtn sədri bu barədə deyib ki, “Aya Sofyanın həm müsəlmanlar, həm də xristianlar üçün böyük tarixi və mənəvi əhəmiyyəti var və onun muzey statusu saxlanmalıdır”.

XS
SM
MD
LG