Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:27
Ermənistanda səsvermə, 20 iyun 2021
Ermənistanda səsvermə, 20 iyun 2021

Ermənistanda parlament seçkiləri: son xəbərlər

İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə ölkənin bütün keçmiş rəhbərləri və hazırkı baş nazir iştirak edib. Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 53.9, keçmiş prezident Robert Koçaryanın "Ermənistan" Alyansı isə 21 faizini yığıb.

08:52 20.6.2021

Ermənistanda erkən parlament seçkiləri ilə bağlı səsvermə başlayıb

Ermənistanda seçki məntəqəsi, arxiv foto
Ermənistanda seçki məntəqəsi, arxiv foto

İyunun 20-si səhər saat 08:00-dan Ermənistanda erkən parlament seçkilərində səsvermə başlayıb. Səsvermə ölkə üzrə 2000-dən çox seçki məntəqəsində aparılır. Seçkilərdə 21 partiya və dörd blok iştirak edir.

Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan "Vətəndaş Sazişi" partiyasından baş nazirliyə namizəddir. Hakim partiyanın əsas rəqibi Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi Hayastan (Ermənistan) bloku hesab olunur.

Seçkilərdə iştirak edən partiya və bloklar

"Ədalətli Ermənistan" partiyası,

Erməni Milli Konqres partiyası,

Milli Xristian Partiyası "Zartonk" ("Oyanış"),

"Azadlıq" partiyası,

Blok "Mənim şərəfim var",

"Birləşmiş Vətən" partiyası,

"Ümumerməni Milli Dövlətçiliyi" partiyası,

"Maariflənmiş Ermənistan" partiyası,

"Evimiz - Ermənistan" partiyası,

"Respublika" partiyası ,

"Erməni Vətəni" partiyası,

Azad Vətən bloku,

Çiçəklənən Ermənistan partiyası,

Ermənistan Demokratik partiyası,

"Milli Mühafizəkar Hərəkatı 5165" partiyası ,

Sosial Demokrat Partiyası "Vətəndaş Qərarı",

Demokratlar İttifaqı Şirinyan-Babajanyan bloku,

"Milli Gündəm" partiyası

"Oyanış" partiyası,

Liberal Partiya,

Ermənistanın Avropa partiyası,

"Milli Demokrat Qütb" partiyası,

Suveren Ermənistan partiyası.

Parlamentə düşmək üçün partiyalar ən azı 5%, bloklar isə 7% səs toplamalıdır.

Polisin verdiyi məlumata görə, mövcud erkən seçkilər üçün 2 milyon 578 min 678 vətəndaş seçici siyahısına daxil edilib. Səsvermə yerli vaxtla saat 20: 00-dək davam edəcək.

10:44 20.6.2021

Səsverməni 483 xarici, 8749 yerli müşahidəci izləyir

Tiqran Mukuçyan, Yerevan,20 iyun 2021
Tiqran Mukuçyan, Yerevan,20 iyun 2021

Ermənistan Mərkəzi Seçki Komissiyasının rəhbəri Tiqran Mukuçyan 8 beynəlxalq və xarici təşkilatdan ümumilikdə 483 beynəlxalq müşahidəçi və 19 yerli qeyri-hökumət təşkilatını təmsil edən 8.749 yerli müşahidəçinin seçki müşahidə missiyası həyata keçirdiyini qeyd etdi. 61 xarici vətəndaş səsvermə prosesini ziyarətçi olaraq izləmək hüququ əldə etmişdir. MSK-nın məlumatına görə, seçkiləri işıqlandırmaq üçün 68 KİV-in 749 nümayəndəsi və 49 xarici KİV-in təxminən 135 nümayəndəsi akkreditə olunmuşdur. Seçki məntəqələrində kameralar quraşdırılıb, 1500 seçki məntəqəsindən canlı yayım aparılır. Mərkəzi Seçki Komissiyası hər üç saatda bir iştirakçı məlumatını dərc edəcəkdir.

11:52 20.6.2021

Silah səsi

Bu gün səhər saat 8: 30-da Masis rayon polis şöbəsinə Azataşen kəndindəki 11 saylı seçki məntəqəsində atəş açıldığına dair məlumat daxil olub. AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə, polis qrupu hadisə yerinə yollanıb.

Məlum olub ki, seçki məntəqəsi xaricində Çiçəklənən Ermənistan və Verelk partiyalarının nümayəndələri arasında mübahisə olub və bu zaman qaz tapançasından atəş açılıb. Polis silahı ələ keçirib və araşdırmalara başlayıb.

12:09 20.6.2021

Koçaryan: Mən layiqli bir sülh və iqtisadi dirçəliş üçün səs verdim

Keçmiş prezident Robert Koçaryan, ,20 iyun 2021
Keçmiş prezident Robert Koçaryan, ,20 iyun 2021

Bu sözləri seçki məntəqəsində səsvermədən sonra jurnalistlərin suallarına cavab olaraq Robert Koaryan deyib.

"Hər şeydən əvvəl layiqli bir sülh və iqtisadi bərpa üçün səs verdim, bu mənim seçimimdir" deyə o bildirib.

Şansını necə qiymətləndirdiyi barədə suala o, elə sualla cavab verib: "Şübhələriniz varmı?" deyə bildirib.

Davamı

XS
SM
MD
LG