Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:00
Ermənistanda səsvermə, 20 iyun 2021
Ermənistanda səsvermə, 20 iyun 2021

Ermənistanda parlament seçkiləri: son xəbərlər

İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə ölkənin bütün keçmiş rəhbərləri və hazırkı baş nazir iştirak edib. Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 53.9, keçmiş prezident Robert Koçaryanın "Ermənistan" Alyansı isə 21 faizini yığıb.

20:12 20.6.2021
Mevlut Cavusoglu 5 may 2021
Mevlut Cavusoglu 5 may 2021

M. Çavuçoğlu: "Ermənistan qonşularına ərazi iddialarını dayandırmalı və..."

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın seçkilərdən sonra qurulan yeni hökumətinin keçmişdə buraxılan səhvlərdən dərs alacağına ümid etdiyini söyləyib. Bu barədə "Anadolu" agentliyi məlumat verir.

"Ümid edirik ki, Ermənistan bölgədə sabitlik və sülhü təmin etməyin yeganə yolunun regional ölkələrlə mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək olduğunu başa düşəcək. Ermənistan qonşularına ərazi iddialarını dayandırmalı və onlarla yaxşı münasibətlər qurmağa başlamalıdır. Müharibədən sonra, Azərbaycanın ata-baba torpaqlarını azad etməsindən sonra həm Bakı, həm də Ankara bölgədə sülhün və sabitliyin təmin olunması üçün addım atmağa qətiyyətlə hazırdır", - o bildirib.

Çavuşoğlu ikitərəfli münasibətlərin qurulmasının bir çox regional layihələrin həyata keçirilməsi üçün bir fürsət yaradacağını qeyd edib.

20:23 20.6.2021
Ermənistanda seçkidə rüşvət iddiaları
Gözlə

No media source currently available

0:00 0:02:46 0:00

57 pozuntudan 20-si

Erkən seçki günü saat 16:00-a qədər pozuntularla bağlı polisə 57 məlumat daxil olub. Bunlardan 20-si ilə bağlı Cinayət Prosessual Məcəlləsinin 180 və 181-ci maddələrinə əsasən araşdırmalara başlanılıb, qalan məlumatlarda cinayət tərkibi olmayıb.

Polisə istinadla AzadlıqRadiosunun erməni xidməti bu barədə məlumat verir. Məlumata görə, açıq cinayət tərkibi əlaməti olan bir hadisə Yerevanda, qalan 19-u ölkənin bölgələrində qeydə alınıb.

Qeyd olunur ki, çox pozuntu təkrar səsvermə ilə bağlı olub. 14 belə hal qeydə alınıb. Bundan başqa, səs hüququnun həyata keçirilməsinə maneə törədilməsi, səsvermə sirrinin pozulması, əmlaka qəsdən ziyan vurulması, bədən xəsarəti və bir sıra digər hadisələr qeydə alınıb.

20:53 20.6.2021

Səsvermə başa çatıb

Yerli vaxtla saat 20:00-da Ermənistanda erkən parlament seçkilərində səsvermə başa çatıb. Yaxın bir neçə saat ərzində səslərin sayılması aparılacaq.

Seçki yarışının favoritləri Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi partiya və blokdur.

Saat 21:00-da MSK seçkilərdə iştirakla bağlı yekun məlumatları elan edəcək.

09:37 21.6.2021
N.Paşinyan
N.Paşinyan

Paşinyan seçkini udduğunu deyir

Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan vaxtından əvvəl parlament seçkisini udduğunu deyir. Əsas müxalifət alyansı isə nəticəni rədd edir, seçkidə saxtakarlıq olduğunu bildirir.

Artıq bülletenlərin, demək olar, hamısı sayılıb. Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 53.9, keçmiş prezident Robert Koçaryanın "Ermənistan" Alyansı isə 21 faizini yığıb.

Davamı

XS
SM
MD
LG