Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:38

Zəngilanda saxlanılan Ermənistan hərbçilərinin hər birinə 11 il 6 ay həbs cəzası kəsildi


Ovagimyan and Kazaryan court in Sumgayit
Ovagimyan and Kazaryan court in Sumgayit

Mayın 26-da Zəngilan ərazisində sərhəddə saxlanılan Ermənistanın iki hərbçisi - Arutyun OvagimyanKaren Kazaryanın Azərbaycanda mühakiməsi yekunlaşıb. İyulun 7-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmüylə onların hər biri 11 il 6 ay azadlıqdan məhrum edilib.

Erməni hərbçilərinin işi üzrə məhkəmə araşdırmaları 3 gün çəkib. İyulun 5-də başlanan məhkəmə istintaqı 6-da tamamlanıb, 7-də isə hökm oxunub.

Təqsirləndirilən şəxslərə qarşı terrorçuluq, Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə, milli düşmənçilik salmağa yönəlik hərəkətlər və s. ittihamlar irəli sürülüb.

Lakin Ovagimyan və Kazaryan məhkəmədə bildirib ki, ittiham aktında yazılanları qəbul eləmirlər.

Məhkəmədə təqsirləndirilən şəxslər dövlət hesabına vəkil və erməni dilinə tərcüməçi ilə təmin olunub.

+++

Mayın 26-da Zəngilan ərazisində saxlanılan və Azərbaycanda mühakimə olunan Ermənistanın iki hərbçisiylə bağlı araşdırmalar yekunlaşıb.

İyulun 6-da Sumqayıt Ağır Cinayətlər Məhkəməsində prokuror onların hər birinin 12 il azadlıqdan məhrum olunmasını təklif edib.

Arutyun OvagimyanKaren Kazaryan Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində saxlanılıb.

Prokuror çıxışında iddia edib ki, adları çəkilən şəxslərə qarşı ittihamlar məhkəmədə sübuta yetirilib. İttihamda isə göstərilib ki, Ovagimyan və Kazaryan Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvləri olub. Onlar Azərbaycan sərhədçilərinə zor tətbiq edib, sərhədi qanunsuz keçiblər. İddia olunur ki, erməni hərbçilər Azərbaycan tərəfinə keçəndən sonra terror törətməyi planlaşdırıb. Bu məqsədlə üstlərində “Kalaşnikov” avtomatı, patronlar, güllə darağı götürüblər.

Təqsirləndirilən şəxslərə qarşı terrorçuluq, Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə, milli düşmənçilik salmağa yönəlik hərəkətlər və s. ittihamlar irəli sürülüb.

Lakin Ovagimyan və Kazaryan məhkəmədə bildirib ki, ittiham aktında yazılanları qəbul eləmirlər.

Məhkəmədə təqsirləndirilən şəxslər dövlət hesabına vəkil və erməni dilinə tərcüməçi ilə təmin olunub.

Jurnalistlərin iştirakına qadağan

Məhkəmə prosesində jurnalistlərin iştirakına qadağa qoyulub. Media nümayəndələrinə bildirilib ki, yalnız hökm elan olunanda onlar məhkəmə prosesinə buraxılacaq. Hökm isə iyulun 7-də elan olunacaq.

Erməni tərəfi Kazaryan və Ovagimyanın təxribat-diversiya qrupunun üzvləri olması, onların terror törətmək məqsədilə Azərbaycan sərhədini keçməsi haqda iddiaları təkzib edib.

Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, adları çəkilən hərbçilər döyüş mövqelərinə qida məhsulları apararkən itkin düşüb. Onlar bir müddət axtarıldıqdan sonra Azərbaycan sərhədçiləri tərəfindən saxlandıqları məlum olub.

Kazaryan və Ovagimyana qarşı cinayət Dövlət Sərhəd Xidmətinin 4 qulluqçusu zərərçəkmiş qismində tanınıb. Bunlar İbrahim Şıxlarov, Rza Allahverdiyev, Asif MəhərrəmovEltun Sərkərlidir. Erməni hərbçilərin onlara qarşı zor tətbiq etdiyi iddia olunur.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinə və Qarabağda ermənilər yaşayan yerlərə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər demarkasiya olunmayıb.

XS
SM
MD
LG