Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:48

Noyabrın 1-dən Ermənistanda açıq içtimai yerlərdə maska taxılması məcburi olacaq


Yerevan sakini maskada, 11 avqust 2020
Yerevan sakini maskada, 11 avqust 2020

Koronavirusun yayılma riskini azaltmaq üçün noyabrın 1-dən Ermənistanda ictimai yerlərdə maska taxmaq yenidən məcburi olacaq.

Bu barədə ölkə səhiyyə nazirliyinin yaydığı məlumatda vurğulanır. Məlumata görə, oktyabrın 28-də hökumətin iclasında baş nazir Nikol Paşinyan açıq ictimai yerlərdə maska taxmağın yenidən məcburi olacağını istisna etməyib.

Bundan iki gün əvvəl, oktyabrın 26-da Ermənistanda universitetlər distant təhsilə keçib, məktəblərdə tətil noyabrın 8-dək uzadılıb. AzadlıqRadiosunun erməni xidməti tətilin daha bir həftə uzadılması məsələsinin müzakirə olunduğunu yazır.

Ermənistanda açıq ictimai yerlərdə maska taxmaq tələbi bu ilin iyununda aradan götürülüb.

Amma ölkədə koronavirusla bağlı vəziyyət son həftələr pisləşib. Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində Ermənistanda 2193 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 52 nəfər isə ölüb. Məlumata görə, pandemiya başlayandan Ermənistanda 6284 nəfər koronavirusdan ölüb. Koronavirusa yoluxmuş daha 1291 xəstə başqa səbəblərdən vəfat edib.

XS
SM
MD
LG