Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:41

Müstəqillikdən bəri Ermənistanda doğumlar iki dəfə azalıb


Ermənistanda 2002-ci ildə 1992-ci illə müqayisədə doğuşların sayı 60 faiz azalıb. Bu, bütün keçmiş sovet respublikaları arasında doğumların ən böyük azalması idi

Əgər Ermənistanın müstəqilliyinin ilk ilində - 1991-ci ildə 78 min uşaq doğulmuşsa, 2020-ci ildə bu rəqəm 36 min 448-ə enib.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, 2020-ci ildə, habelə epidemiya və müharibə ilə bağlı ölüm sayı çox olduğundan bu rəqəm doğuşlarla demək olar eyniləşib.

Azatutyun yazır ki, Ermənistanda doğumların azalması artıq 1990-cı illərdən başlamışdı.

Demoqraf Artak Markosyan deyib ki, o vaxt doğum və ölüm rəqəmlərinə Birinci Qarabağ Müharibəsi, ağır sosial-iqtisadi vəziyyət və zəlzələ ciddi təsir göstərmişdi.

Ekspert əlavə edib ki, burada ciddi fəsadlardan biri də ölkədən kütləvi miqrasiyanın güclənməsi olub.

Onun sözlərinıə görə miqrasiya 1992-1994-cü illərdə özünün pik səviyyəsinə yüksəlib.

Markosyan deyib ki, məhz həmin illərdəki güclü miqrasiya sonrakı demoqrafik proseslərə ciddi təsir edib.

Doğumların kəskin azalması

Ekspert izah edib ki, əhali artımı və ya azalması əvvəlki nəslin payına düşən doğum faizindən asılı olur.

Onun sözlərinə görə 1980-ci illərdə əhalinin sıçrayışlı artımı 1950-1960-cı illərini “uşaq bumu” ilə bağlı idi.

Ekspert bildirir ki, 1980-ci illərdə doğulanlar 25-30 yaşlarında nikaha girərək yüksək doğum faizini təmin etməli idi, amma 1990-cı ilin hadisələri bu təbii artımı əngəlləyib:

“Bizdə doğumların tədrici yox, kəskin enişi baş verib. 2002-ci ildə 1992-ci illə müqayisədə doğuşların sayı 60 faiz azalıb. Bu, bütün keçmiş sovet respublikaları arasında doğumların ən böyük azalması idi”.

Markosyan deyib ki, 1980-ci illərdə doğulanlar müstəqillik nəsli sayılır. Onların reproduktiv dövrü məhz 2000-ci illərə təsadüf edirdi.

Lakin demoqrafın sözlərinə görə məhz həmin illərdə demoqrafik siyasət yürüdülməyib, doğuşlar mükafatlandırılmayıb və stimullaşdırılmayıb.

Ölkədən daha bir kütləvi axın ola bilər

Ekspert bildirir ki, Ermənistan müstəqillik əldə etdikdən 30 il sonra reproduktiv fazaya artıq 1990-cı, 2000-ci illərdə doğulanlar daxil olmuşdular. Bu nəslin sayı isə çox deyildi.

Markosyan bildirib ki, 2000-2002-ci illərdə doğulmuş minlərlə gəncin həyatına müharibə son qoyub:

“Bizim hələ 2025-2026-ci illər üçün imkan pəncərəmiz var. Bu həm də onunla bağlıdır ki, 1980-lərin sonlarında doğulanlar hələ də reproduktiv yaşdadırlar. Onların hələ artım potensialı var”.

Demoqrafın fikirncə bu imkandan istifadə etməklə Ermənistan 2025-2026-cı illərdə heç olmasa təbii artıma nail ola bilər.

Lakin ekspert xəbərdarlıq edib ki, hazırda daha bir müharibədən sonra yaşadıqları mühitin təhlükəsizliyi adamlar üçün prioritet olub və bu, ölkədən daha bir kütləvi axına təkan verə bilər.

XS
SM
MD
LG