Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:35

Ermənistan ‘qanuni oğrulara’ qarşı qanun qəbul edir


Ermənistan parlamenti “qanuni oğru” kimi tanınan mütəşəkkil cinayətkarlıq başçılarına qarşı mübarizəni ehtiva edən qanun layihəsini son oxunuşda qəbul edib.

Yanvarın 22-də qəbul edilmiş qanunda deyilir ki, “kriminal dəstə yaratmaqda və ona rəhbərlik etməkdə” təqsirli bilinənləri, habelə keçmiş Sovet İttifaqının vaxtından “qanuni oğru” tituluna malik şəxsləri on ilədək azadlıqdan məhrumetmə və əmlaklarının müsadirə edilməsi gözləyir.

Kriminal qrupun məhbus, qanuni oğru, hərbçi və ya rəsmi tərəfindən yaradıldığı hallarda bu cəza 12 ilədək artırıla bilər.

Bəzi xəbərlərə görə hökumət və Ədliyyə Nazirliyi mafiya nümayəndələrinin həbsxanalar üzərində nəzarətini zəiflətməyə çalışırlar.

Hakim “Mənim addımım” fraksiyası bu qanun layihəsinə səs verib, müxalif “Parlaq Ermənistan” fraksiyası bitərəf qəlıb, müxalif “Firavan Ermənistan” fraksiyası isə onun əleyhinə səs verib.

Bu qanun layihəsi ötən avqustda Ədliyyə Nazirliyi tərəfindən tərtib edilmiş və Ermənistan hökuməti tərəfindən bəyənilmişdi.

Bəzi media xəbərlərində deyilirdi ki, sentyabrda Ermənistanın əsas həbsxanalarında qiyam qaldırılmasının əsas məqsədi hökumətin bu planlarını pozmaq idi.

Belə görünür ki, məhbusların bir qismi Rusiya və bir sıra başqa keçmiş sovet respublikalarında olduğu kimi hökumətin cinayətkar aləm üzərində nəzarətinin bərqərar edilməsinə müqavimət göstərir.

AzadlıqRadiosu yazır ki, bütün keçmiş SSRİ boyunca qanuni oğru titullarını əsasən gürcü və erməni millətindən olanlar daşıyır.

Rusiya buna bənzər qanunu 2019-cu ilin aprelində, Gürcüstan isə hələ 2004-cü ildə qəbul edib.

XS
SM
MD
LG