Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:56

70 yaşlı evsiz aktyor [audio]


Novruz Qartal
Novruz Qartal

AzadlıqRadiosu-nun “İz” proqramı 10 mart - Milli Teatr Günündə Musiqili Teatrın aktyoru Novruz Qartalı arayıb əhvalını sormaq qərarına gəldi.

Novruzda doğulan Novruz bəy bu il 70 yaşını tamamlayır. Düz 5 il öncə 65 yaşının tamamında aktyor “İz”ə ürəyini açmışdı. Görəsən, bu 5 ildə nələr dəyişib? Ümumiyyətlə, Azərbaycan aktyoru necə yaşayır? Beş il öncənin sualları təkrarlandı. Cavabların necə dəyişdiyinə özünüz qərar verin...

- Novruz bəy, xoş gördük! Necəsiniz? Nə var-nə yox?

- Yavaş-yavaş...

- 70 yaşınız tamam olur. 5 il öncə 65 yaşın tamamında sizə telefon açmışdım. Dedim, görüm bu 5 ildə nələr dəyişib həyatınızda? Suallarım eyni olacaq...

- Hə, 70-i vurduq başa...

- Yenə vaxtından tez qeyd olundu yubileyiniz...

Buna da bax: Bu aktyor 65 yaşına çatdı, amma... hələ də evsizdir...

- Hə, həmişə deyirəm ki, mənim ad günümü bütün müsəlman dünyası qeyd edir. Bayramlara görə tez edirlər.

70 yaşlı evsiz aktyor Novruz Qartal: '70 yaşım var, 50 ildir səhnədəyəm'
Gözlə

No media source currently available

0:00 0:07:31 0:00
Direct-ə keçid

- 70 yaşın astanasında hansı ovqatdasınız?

- Sağ olsunlar, teatrda direktorumuz Əliqismət Lalayev hörmətli qonaqlar dəvət eləmişdi. İrana Tağızadə, Sevda Ələkbərzadə, Azərpaşa Nemət, Əli Əmirli... Nazir müavini Ədalət Vəliyev də gəlmişdi. Təbrik elədilər. Ürək sözlərini çatdırdılar. Bu gün də Fəxri Fərman verdilər. Teatr günüdür, axı...

- Elə bu münasibətlə də sizi təbrik edirəm. Novruz bəy, teatrda vəziyyət necədir?

- Allaha min şükür. Tamaşaların çoxunda rol alıram. Hələ özümü qoca saymıram. Direktor yubileydə dedi ki, Novruz teatrdan getsə, teatr uduzar. Ona ehtiyacımız var.

- Ötən söhbətimizdə kirayədə yaşadığınızı demişdiniz. Ev verdilərmi sizə?

- Hələ ki, yox... Ümidimi itirmirəm, yəqin ki, cənab prezident ev verər.

Buna da bax:​ Üst mərtəbə cənnət, alt mərtəbə cəhənnəm...

Aktyor Novruz Qartal və aktrisa İlhama Əhmədova, AzadlıqRadiosu-nun Bakı bürosunda, 09Mart2011
Aktyor Novruz Qartal və aktrisa İlhama Əhmədova, AzadlıqRadiosu-nun Bakı bürosunda, 09Mart2011

- 70 yaşında da kirayədə yaşamaq olar?

- Day neyləyək? Day neynəmək olar? Neynəmək olar?

- Gileylənirdiniz ki, oğlanlarınızı evləndirə bilmirsiniz. Evləndirdinizmi?

- Yox. Ayın 12-də nişan aparacağam.

- Xoşbəxt olsunlar! Bəs harada yaşayacaqlar?

- Elə mənimlə... Kirayədə...

- Bütün bunları nazirliyin diqqətinə çatdırdınızmı? Yubileydə olublar, axı.

- Hamısı bilir... Ümidimi itirmirəm.

- 5 il əvvəl də belə deyirdiniz...

- İndi başqadır. Hamı mənə daha diqqətlə, hörmətlə yanaşır... Hamı istəyir mənim evim olsun.

Buna da bax: Azərbaycan aktyoru nədən qorxur?

- Prezident təqaüdü də alırsınız...

- Hə. Sağ olsunlar bu 5 ildə mənə əməkdar artist adı da verildi.

- Nə qədərdir Prezident təqaüdü?

- 500 manatdır.

- Kirayəyə nə qədər verirsiniz?

- 400 manat...

- Nə qədər qalır?

- Yaşamağa qalır maaşım və pensiyam. Bir də, əməkdar artist adının 60 manatı. 500 qalır...

- Çatır bir aylıq dolanışığa?

- Birtəhər..

- Bilmirəm nə deyim? Məncə 70 yaş belə qeyd olunmamalıydı...

- Bilirəm məni çox istəyirsiniz. Ona görə deyirsiniz. Mediaya təşəkkür edirəm.

Buna da bax:​ Üzeyir Hacıbəyovun sevdiyi qadın və xidmət etdiyi iki hökumət arasında keçən həyatı

- 50 ildir səhnədəsiniz...

- Elədir. Şükür edirəm ki, 70 yaşım var, 50 ildir səhnədəyəm.

- Həyat yoldaşınız nə deyir bu duruma?

- Nə deyəcək?

- Deyirdiniz evsiz olduğumuza görə deyinir...

- Yenə deyinir. Qadınların işi həmişə deyinməkdir. Yenə gözləyək...

- Onda gözləyək... 75 yaşınızda, qismət olsa, sizi arayacağam.

- Yox, tez olar. Qarşıdan Beynəlxalq Teatr Günü gəlir. Mayda Babanın ad günü olacaq (Heydər Əliyevin doğum gününü nəzərdə tutur – red.). Teatrımızın yubileyi də var qarşıda. Ona görə tez olacaq . Tezliklə zənginizi gözləyəcəyəm.

- Mənzil sahibi olduğunuzu eşidincə, mütləq zəng vuracağam (gülüşmə)

- Oldu...

XS
SM
MD
LG