Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:02

Riker əsirlərə görə Tbilisiyə bir də qayıdıbmış


Filip Riker Tbilisidə
Filip Riker Tbilisidə

Bəzi gürcüstanlı ekspertlər isə Tbilisinin vasitəçilikdə uğurunu zəfər, son illər ölkə üçün çox vacib hadisə kimi dəyərləndirirlər

İyunun 12-də Azərbaycan 15 erməni hərbçini Ermənistana təhvil verdi və bunun əvəzində Ağdam rayonuna basdırılmış 97 min minanın xəritəsini əldə etdi. Bu proses Birləşmiş Ştatlar, Avropa Şurasının vasitəçiliyi ilə Gürcüstan ərazisində baş tutub. Ceymztaun Fondunun əməkdaşı Giorgi Menabde Gürcüstanın regionda vasitəçilik rolunun artmasından yazır.

Azərbaycan, Ermənistan, ABŞ rəsmi bəyanatlarında Gürcüstan hökumətinin dəstəyini alqışlayıblar. Bəzi gürcüstanlı ekspertlər isə Tbilisinin vasitəçilikdə uğurunu zəfər, son illər ölkə üçün çox vacib hadisə kimi dəyərləndirirlər.

Bakıyla Yerevanın qorxusu

Nation.ge müstəqil media portalının təhlilçisi David Avalişvili deyib ki,10 illik müstəqillik dövründə Gürcüstan Dağlıq Qarabağ münaqişəsində bərabər oyunçu kimi iştirak edə bilməyib.

“Gürcüstanın keçmiş kommunist lideri Cumber Patiaşvili 1988-ci ildə bunu etməyə çalışdı. Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiya 1991-ci ildə cəhd elədi, amma bütün cəhdlər uğursuz oldu. Onlar hətta Ermənistan və Azərbaycan tərəflərini qıcıqlandırdı”, – Avalişvili deyib.

Gürcüstan İctimai İşlər İnstitutunun (GIPA) professoru Tornike Şaraşenidze isə əmindir ki, münaqişə tərəflərinin Birləşmiş Ştatların birbaşa iştirakıyla Gürcüstanın vasitəçiliyinə razılaşması “Bakı və Yerevanın Cənubi Qafqazda Moskvanın nüfuzunun artmasından əndişəsini göstərir”.

“Ermənilərlə azərbaycanlılar Birləşmiş Ştatlar və Gürcüstanın köməyilə Rusiya və Türkiyənin nüfuzunu ‘balanslaşdırmağa’ çalışırlar. Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın son qərarları ilə Moskvadan daha çox müstəqillik nümayiş etdirməsi özəlliklə qeyd olunmalıdır”, – Şaraşenidze deyib.

Mina xəritələri. ABŞ Qarabağ prosesinə "qayıtdı"?
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Ən vacib simptom

Müəllif yeni tendensiyalarda ən vacib simptomu da qeyd edir: Birləşmiş Ştatlar regional problemlərin həllində Gürcüstanın “çəki”sini artırmağa çalışır. Dövlət katibinin köməkçisi Filip Riker də Tbilisiyə səfəri zamanı Gürcüstanı ABŞ administrasiyasının Cənubi Qafqazda, eləcə də bütünlükdə Qara dəniz regionunda vacib tərəfdaş adlandırıb.

Tbilisidən Bakıya, sonra isə Yerevana səfər edən Riker bu ölkələrin liderləri ilə danışıqlar aparıb. O daha sonra Gürcüstan paytaxtına qayıdaraq Baş nazir İrakli Qaribaşvilidən Gürcüstan Təhlükəsizlik Şurasının xüsusi iclasını keçirməsini xahiş edib. Məhz həmin iclasda erməni əsirlərin buraxılması, əvəzində Azərbaycana mina xəritəsinin verilməsi müzakirə olunub.

Müəllif Təhlükəsizlik Şurasının iclasında ABŞ diplomatının iştirakının ölkə tarixində görünməmiş hadisə olduğunu yazır.

Azərbaycan ötən ilki 44 günlük müharibədən sonra işğal olunmuş ərazilərini qaytarıb, bir qismi üzərində nəzarəti bərpa edib. 10 noyabr atəşkəs sazişindən sonra ötən yeddi ay ərzində, işğaldan azad olmuş ərazilərdə 140-dan çox insanın minaya düşdüyü, 27 mülki şəxsin mina partlaması nəticəsində həlak olduğu bildirilir.

XS
SM
MD
LG