Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:52

Britaniya ‘daha effektli’ Fransa vaksinindən niyə imtina edib?


Londonda kilsə rahibələri vaksinasiyaya gedərkən
Londonda kilsə rahibələri vaksinasiyaya gedərkən

Fransa şirkəti Valneva iddia edir ki, onun vaksini anticismləri AstraZeneca-dan daha yaxşı formalaşdırır

Fransanın istehsal etdiyi COVID vaksini Britaniyada istehsal olunan AstraZeneca-dan daha effektiv ola bilər, lakin London bu vaksin üçün sifarişini ləğv edib.

The Daily Telegraph yazır ki, Britaniya hökumətinin öz sifarişini ötən ay ləğv etdiyi Fransa vaksinini Valneva əczaçılıq firması hazırlayıb və son sınaqlar onun xeyli effektiv olduğunu nümayiş etdirib.

Valneva iddia edir ki, onun vaksini anticismləri AstraZeneca-dan daha yaxşı formalaşdırır.

Elə isə Britaniya bu vaksin üçün sifarişini niyə ləğv edib?

Britaniyanın səhiyyə naziri Sacid Cavid deyib ki, Dərman və Tibb Məhsulları Agentliyinin bu vaksini təsdiqləməyəcəyi bəlli idi.

Lakin Valneva bildirib ki, Britaniya hökuməti şirkəti müqavilənin şərtlərini pozmaqda ittiham edib. Valneva bu ittihhamları qətiyyətli şəkildə rədd edib.

Baş nazir Boris Conson Valnevanın Şotlandiyadakı zavoduna yanvar ayında baş çəkmiş və hökumət Valneva vaksinindən 100 milyon doza sifariş etmişdi.

VLA2001 AstraZenecadan keyfiyyətlidirmi?

Fransa şirkəti bildirir ki, onun VLA2001 adlı vaksini T-şəkilli hüceyrə reaksiyası yaradır. Alimlərin fikrincə bu şəkildə formalaşan immunitet daha uzun müddətdə etibarlı olur.

Valneva vaksini Britaniya boyunca 26 sınaq məntəqəsində 4012 könüllünün iştirakı ilə üçünü fazada test olunub.

Bu da bildirilir ki, istər fransız vaksini, istərsə də AstraZeneca COVID-19-un ağır simptomlarına qarşı effektivdir.

Sınaqların rəhbəri professor Adam Finn deyib ki, Valneva vaksini sınaqlarının nəticəsi “çox ümidvericidir”.

Bristol Universitetinin professoru Finn bunu da bildirib ki, nəticələr Valneva vaksininin pandemiyaya qarşı mübarizədə xüsusi rol oynaya biləcəyini göstərir.

Valneva şirkətinin baş direktoru Tomas Lingelbax deyib ki, sınaqlar vaksinlərdə bütöv viruslardan istifadənin üstünlüyünü göstərib. Söhbət əlbəttə, aktivsizləşdirilmiş viruslardan gedir.

Lingelbax əlavə edib ki, Valneva öz vaksinini mümkün qədər tez bir zamanda təsdiqlədəcəyinə əmindir.

Valneva VLA2001 vaksininin kommersiya istehsalına özünün Livinqstondakı (Şotlandiya) zavodunda bu ilin yanvarından başlayıb.

Bu arada Britaniyada COVID-19-a yoluxma halalrının sayı oktaybrın 18-də 19 minə çatıb.

Bütün oktyabr ərzində yoluxma halları artan xətlə çoxalır. Son bir həftə ərzində artım 16 faiz təşkil edib.

XS
SM
MD
LG