Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:40

Rusiya şərti olaraq çempionatdan xaric edildi


Bu o deməkdir ki, Rusiya komandasının iştirakilə keçiriləcək hər hansı matçda bundan sonra da kütləvi xuliqanlıq əməlləri törədilərsə, Rusiya Euro 2016 turnirindən xaric ediləcək.

Fransadan alınan xəbərlərdə deyilir ki, Rusiyanın futbol millisi şərti olaraq Avropa Çempionatından xaric edilib.

Bu o deməkdir ki, Rusiya komandasının iştirakilə keçiriləcək hər hansı matçda bundan sonra da kütləvi xuliqanlıq əməlləri törədilərsə, Rusiya Euro 2016 turnirindən xaric ediləcək.

UEFA-nın sözü gedən qərarına görə Rusiyanın Futbol İttifaqı azarkeşlərin Marsel matçında törətdiyi zorakılığa görə 150 min avro cərimə olunub.

Rusiya habelə azarkeşlərin irqçi davranışına, stadionda fişənglərdən istifadəyə görə cərimə olunacaq.

Marsel matçında baş vermiş kütləvi iğtişaşların ardınca Rusiya azarkeşlərinin Fransadan deportasiyasına başlanıb.

Bu da qeyd olunur ki, Rusiyanın şərti olaraq çempionatdan diskvalifikasiyası yalnız stadionun daxilində baş vermiş insidentlərlə bağlıdır.

Rusiyanın idman naziri və Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko UEFA-nın qərarı ilə razılaşdığını bildirib.

“Başqa nə demək olar?” – deyib nazir.

Bundan əvvəl Fransa prokurorluğu Marseldə keçirilən İngiltərə-Rusiya matçından sonra 150-dək “yaxşı təlimlənmiş rusiyalı xuliqanın” İngiltərə azarkeşlərinə hücum etdiyini bildirmişdi.

XS
SM
MD
LG