Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:34

Sorğu: Hər 10 ukraynalıdan 7-si ‘qələbəyədək döyüş’ istəyir


Ukrayna müharibəsində həlak olmuş zabitin anası
Ukrayna müharibəsində həlak olmuş zabitin anası

Respondentlərin 90 faizi bildirib lki, bu müharibədə qələbə Krım da daxil Rusiyanın ilhaq etdiyi ərazilərin geri qaytarılması deməkdir

Rəyi soruşulan hər 10 ukraynalıdan 7-si bildirib ki, Ukrayna Rusiya ilə müharibədə qələbəyədək vuruşmalıdır.

Gallup şirkətinin sentyabrın əvvəllərində apardığı və oktyabrın 18-də açıqladığı rəy sorğusu göstərib ki, ukraynalıların 70 faizi müharibənin qələbəyədək davam etdirilməsinə tərəfdardır.

Respondentlərin 90 faizi bildirib lki, bu müharibədə qələbə Krım da daxil Rusiyanın ilhaq etdiyi ərazilərin geri qaytarılması deməkdir.

Rəyi soruşulanların yalnız 26 faizi bildirib ki, Ukrayna müharibənin mümkün qədər tez başa çatması üçün danışıqlara getməlidir.

Bu rəy sorğusu bütün ölkə boyunca sentaybrın 2-dən 11-dək aparılıb.

Bundan iki gün əvvəl Ukrayana qoşunlarının Rusiya qüvvələrinə qarşı əks-hücumu başlanmışdı.

Əhval-ruhiyyə dəyişə bilər

O vaxtdan bəri Rusiya Ukraynanın mülki infrastrukturuna ağır raket və dron zərbələri endirib.

Bu hücumlar nəticəsində Ukraynanın bir çox əraziləri qış ərəfəsində elektriksiz və susuz qalıb.

Gallup bildirir ki, müharibənin davam etdirilməsinə ən çox dəstək cəbhə xəttindən uzaq olanlardandır.

Hərbi əməliyyatlara yaxın olanların müharibənin davam etdirilməsinə dəstəyi daha azdır.

Hərbi təlim keçirən İran deyir ki, sərhəddə hansısa dəyişikliyə biganə qalmayacaq
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

Müharibənin qələbəyədək davam etdirilməsinə ən böyük dəstək Kiyevdə (83 fazi) və ölkənin qərbindədir (82 faiz).

Gallup bildirir ki, son günlərin raket zərbələri mülki əhalinin döyüş əzmini azaltmasa da, qış yaxınlaşdıqca bu əhval-ruhiyyə zəifləyə bilər.

Şirkət bunu da bildirir ki, əksinə Ukraynanın uğurlu əks-hücumlarının döyüş əzmini daha da gücləndirməsi mümkündür.

XS
SM
MD
LG