Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:47

Bakıdakı gecə klubunda partlayışa görə 13 il cəza


Hadisədən sonra
Hadisədən sonra

Bakıdakı “Location” gecə klubunda 3 nəfərin öldüyü, 37 nəfərin yaralandığı partlayışla bağlı oktyabrın 6-da yekun hökm çıxarılıb

Bakıdakı “Location” gecə klubunda 3 nəfərin öldüyü, 37 nəfərin yaralandığı partlayışla bağlı oktyabrın 6-da yekun hökm çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində bu olayda ittiham olunan üç nəfərə ümumilikdə 13 il cəza kəsilib.

Partlayış baş verən obyekti icarə əsasında işlədən “Merser food” MMC-nin administratoru Rəsul Rəsulov 5 il, şirkətin təsisçisi Orxan Səfərliyə isə 4 il azadlıqdan məhrumetmə cəzası verilib.

Onların təqsirləndirildiyi CM-in 225 (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 314-cü (səhlənkarlıq) maddələri ehtiyatsızlıqdan törədilən cinayətlər kateqoriyasına aiddir.

Bu kateqoriyadan olan maddələrdə cəza 5 ilə qədər olanda məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir.

Bu işdə üçüncü təqsirləndirilən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov idi. Ona isə 4 il şərti cəza verilib.

52 zərərçəkmiş

Hakim bildirib ki, hökm çıxarılanda partlayış zamanı yaralanan, əmlakına (avtomobil, ev) ziyan dəyənlərin hamısının maddi zərərini təqsirləndirilən şəxslərdən Səfərli ödəyib.

52 nəfər zərərçəkmiş məhkəməyə heç bir şikayət və tələblərinin olmaması haqda ərizə təqdim edib.

Adları çəkilənlərdən təqsirləndirilən şəxslərdən FHN əməkdaşı həbsdə deyildi. O, öncə həbs olunsa da, sonradan ev dustaqlığına buraxılıb.

Digər iki nəfər isə həbsdədir.

Mühakimə olunanların heç biri özünü təqsirli bilmir.

Səfərlinin vəkili Vasif Mirzəyev hökmlə razılaşmadıqlarını, onu ədalətsiz hesab etdiklərini deyir.

Vəkil bildirib ki, bəraət tələbilə apellyasiya məhkəməsinə şikayət edəcəklər.

Qaz balonunun partlaması

Hadisə aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisində baş verib. “Location” gecə klubunda partlayış nəticəsində 3 nəfər ölüb, 37 nəfər xəsarət alıb, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.

İstintaq belə nəticəyə gəlib ki, obyektin mətbəxində istinfadə olunan qaz balonunun partlaması nəticəsində hadisə baş verib.

Ölənlərdən biri elə gecə klubunun işçisi – mətbəxdə çalışan 43-yaşlı Maya Axundova olub. Daha iki nəfər – Fərqanə EynullayevaGülbala Abdullayev isə sonradan xəstəxanada vəfat edib.

İş üzrə ümumilikdə 52 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onların arasında “Bakı Lift Təmir” İstehsalat Birliyinin sabiq baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova da var. Həmin gecə o da klubda xəsarət alıb.

Zərərçəkmişlər arasında obyektin yerləşdiyi binadakı mənzillərin, partlayış nəticəsində ətrafda ziyan çəkən avtomobillərin sahibləri də var.

Qızları müəllimliyə məcbur edən valideynlər
Gözlə

No media source currently available

0:00 0:05:22 0:00

XS
SM
MD
LG