Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:53

Qızıl yataqları Gədəbəyə nə verdi?


'Torpağında qızıl çıxsın, özün acından köpük qusasan?'
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

"Torpağında qızıl çıxsın, özün acından köpük qusasan?" (Arxiv. 2013)

İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində təhlükəsizlik qüvvələrinin kənd sakinlərinə qarşı zorakılığı geniş müzakirə doğurub. Qarşıdurma kənd sakinlərinin Söyüdlüdə yeni süni göl yaradılmasına etirazından qaynaqlanıb. Onların fikrincə, həmin göl qızıl mədəninin tullantı suyu olacağından təsərrüfata və əkin sahələrinə, eləcə də insanların sağlamlığına zərər vura bilər. Belə göllərin birincisi 2012-ci ildə Söyüdlüdən bir neçə yüz metr aralıda salınıb. İndi eyni səbəblə yeni gölün salınması vətəndaşları təlaşlandırıb.

2020-ci ildə Azərbaycanda "Gədəbəy", "Qədir" və "Uğur" yataqlarının mineral ehtiyatları yenidən qiymətləndirilib. Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin açıqlamasına görə, "Gədəbəy" yatağı üzrə ehtiyatlar 284 min unsiya (8 ton 50 kq) qızıl və 26 min ton misdir.

"Gədəbəy" yatağının bir kilometrliyində yerləşən "Qədir" yatağında 49 min unsiya (1 ton 390 kq) qızıl və 191 min ton mis olduğu bildirilir.

Qızıl mədənlərində Əliyevlərin payı
Gözlə

No media source currently available

0:00 0:05:48 0:00

"Anglo-Asian Mining" Azərbaycanda 1997-ci ildə imzalanmış Hasilatın Pay Bölgüsü tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 faiz, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 faizdir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Qızıl ixracı Azərbaycana ən çox gəlir gətirən neftdənkənar məhsullardan biridir. Ölkə ötən il qızıl ixracından 185 milyon dollar gəlir götürüb. Bu göstərici ilə qızıl ixracdan ən çox gəlir gətirən ikinci qeyri-neft məhsulu olub. Son bilgilərə görə, Azərbaycanda çıxarılan qızılın 57 faizi Daşkəsən, 43 faizi Gədəbəy rayonunun payına düşür. Qızıl ixracının Azərbaycana bu qədər gəlir gətirməsi haqlı sual doğurur: bəs qızıl yataqları Gədəbəydə sosial-iqtisadi duruma necə təsir göstərib?

Gədəbəy kommunal xidmətlərlə ən az təmin edilən rayonlardandır

İndiyədək ictimaiyyətə açıqlanan bilgilərdən aydın olur ki, ölkədə kommunal xidmətlərlə əhatə səviyyəsinin ən aşağı olduğu rayonlardan biri Gədəbəydir. Məsələn, 2019-cu ildə bilinmişdi ki, ölkədə adambaşına düşən təbii qaz istehlakına görə ən aşağı nəticənin qeydə alındığı üçüncü rayon Gədəbəydir (128 kubmetr). Bu, yetərincə soyuq iqlimli bir rayonun təbii qazla təminatında sıxıntıları üzə çıxarır. Adambaşına düşən təbii qaz istehlakına görə Gədəbəyin göstəricisi ölkədə təkcə Yardımlı (46 kubmetr) və Lerik (65 kubmetr) rayonlarından yaxşıdır.

Qızıl mədəninin qonşuları 1 kq ətə möhtacdır
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

Mərkəzləşdirilmiş şəbəkə vasitəsilə içməli su təminatı baxımından da Gədəbəy ölkədə son yerlərdən birini tutur. Rayonda mərkəzləşdirilmiş şəbəkə vasitəsilə içməli su təminatı 10 faizə yaxındır. Bu göstərici ilə Gədəbəy Ağcabədi və Cəlilabad rayonları ilə birgə ən son yerlərdə qərarlaşıb.

Rayonun səhiyyə və təhsil sektorlarında da durum ürəkaçan deyil. Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, Gədəbəydə əhalinin hər 10 min nəfərinə cəmi altı həkim düşür. Bu, ölkə ortalamasından beş dəfədən çox aşağı göstəricidir.

Dərsə davamiyyət - 20 faiz

Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədi ilə seçmə qaydada Arıqıran və Alnabat kəndlərinin tam orta məktəblərinə baş çəkib. Üzə çıxıb ki, Arıqırandakı məktəbdə 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub. Üstəlik, həmin vaxt məktəbdə nə direktor olub, nə də müəllim. 11-ci sinifdə oxuyan 55 şagirddən heç birinin dərsə gəlmədiyi bilinib. Bu baxımdan aydın olub ki, rayon məktəblərində dərsə davamiyyət təxminən 20 faiz, 11-ci siniflərdə isə sıfır səviyyəsindədir.

Gədəbəydə daşan zəhər gölü: Qərb rayonları təhlükə altına düşə bilər
Gözlə

No media source currently available

0:00 0:07:57 0:00

2017-ci ildə yeni kurikulumla təhsil alan məktəblilər (9-cu sinif şagirdləri) ilk dəfə imtahan vermişdilər. Bəlli olmuşdu ki, ölkədə ana dilindən ən zəif nəticəni Gədəbəy məktəbliləri göstərib. O zaman rayonun orta göstəricisi 33.3 faiz olmuşdu. Riyaziyyat fənnindənsə Gədəbəy məktəbliləri ölkədə ən zəif dördüncü nəticəni göstərmişdilər.

Sosial göstəricilərlə yanaşı, rayonun iqtisadi göstəricilərini də ürəkaçan saymaq olmaz. Azərbaycan bölgələri üzrə məşğulluğun strukturunda aqrar sektorun payca ən yüksək olduğu beş rayondan biri yenə Gədəbəydir (56 faiz). İnsanların kənd təsərrüfatından başqa digər sektorlarda məşğulluq imkanlarının az olması rayonun bəsit iqtisadiyyatından qaynaqlanır. Beləcə, istər sosial, istərsə iqtisadi göstəricilərdən bilinir ki, zəngin təbii sərvətləri olsa da, Gədəbəy ölkənin sosial və iqtisadi göstəriciləri baxımından ən zəif gəlişən rayonlarından biridir.

XS
SM
MD
LG