Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:52

Daha bir sabiq icra başçısına hökm oxundu


Gəncə
Gəncə

Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı olmuş Məharət Mustafayev 4 il azadlıqdan məhrum edilib. Yanvarın 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Sabiq icra başçısı ilə birlikdə mühakimə olunan Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi olmuş Əli Rüstəmova da eyni cəza kəsilib.

Onlar rüşvət alma, rüşvət verməyə təhrik, qaydaları pozmaqla tikinti-quraşdırma işlərinin aparılmasına icazə vermə kimi əməllərdə suçlu sayılıb.

Amma sabiq məmurlar özlərini təqsirli bilməyiblər. Hökmdən öncə son sözlərində də məhkəmədən bəraət istəyiblər. Elə vəkilləri də onların təqsirsiz olduğunu bildirərək məhkəmədən bəraət hökmü çıxarılmasını istəyiblər.

Mustafayevin vəkili deyib ki, Gəncədə görülən işlərdə hüquqlarını müdafiə etdiyi şəxsin mühüm rolu var. O, sabiq icra başçısının səhhətində problemlər olmasına da diqqət çəkib.

Adları çəkilən məmurlar Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

Ağstafa, Yevlax, Kürdəmir, Biləsuvar, İmişli, Şəmkir, Neftçala, Cəlilabad rayonlarının icra başçıları da keçirilən əməliyyatlar nəticəsində həbs olunub. Onların bir qisminin məhkəməsi yekunlaşsa da, bəziləri ilə bağlı istintaq və məhkəmə araşdırmaları davam edir. Həmin icra başçıları da mənimsəmə, rüşvətxorluq və digər ittihamlar əsasında saxlanıblar.

XS
SM
MD
LG