Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:35

'Georgiyev lenti'nin təhqir olunmasına görə cərimə və həbs cəzası


Moldovada qadağan olunmasına baxmayaraq, bu ilin 9 may Qələbə bayramında Georgiyev lentini taxanlar olub
Moldovada qadağan olunmasına baxmayaraq, bu ilin 9 may Qələbə bayramında Georgiyev lentini taxanlar olub

Dövlət Duması Rusiyada hərbi şöhrət simvolu sayılan "Georgiyev lenti"nin təhqir olunmasına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu üçüncü oxunuşda qəbul edib. Lentin ictimai şəkildə təhqirinə görə beş milyon rubladək cərimə, yaxud 5 ilədək azadlıqdan məhrumetmə cəzası kəsilə bilər.

Sənədlərə görə, düzəlişlər müvafiq federal qanunlara salınacaq. Layihədə qeyd olunur ki, "Georgiyev lenti"ndən tarixi yaddaşla əlaqəli olmayan hallarda istənilən istifadə aradan qaldırılacaq. Hakim orqanlar isə “irimiqyaslı tədbirlər keçirərkən” lentdən istifadə edə bilərlər.

"Georgiyev lenti"nin hərbi şöhrət simvolları ilə bərabərləşdirilməsi haqda qanun layihəsi apreldə Dövlət Dumasına təqdim olunub. Qanun layihəsi sentyabrda birinci oxunuçdan keçib. Təşəbbüs müəllifləri “Vahid Rusiya” partiyasından Andrey Turçak və Duma üzvü Olqa Zanko idi.

Kremlin siyasətinə sədaqət simvolu

"Georgiyev lenti" 2-ci Dünya müharibəsinin simvolu kimi Rusiyada 2000-ci illərin ortalarından istifadə olunmağa başlanıb. Ancaq getdikcə bu lent Kremlin siyasətinə sədaqət simvoluna çevrilib.

Ukraynanın Donbas regionundakı separatçılar bu narıncı-qara lentdən öz simvolları kimi istifadə edirdilər. Bu lent həmçinin Ukraynada Krımın Rusiyaya ilhaqı ilə assosiasiya olunur.

2014-cü ildə Krımı ilhaq edən Rusiya Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Bu ilin fevralında isə Moskva Ukraynaya qarşı irimiqyaslı müharibəyə başlayıb.

Georgiyev lenti Ukrayna, Moldova, Latviya və Litvada qadağan olunub.

XS
SM
MD
LG