Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:58

Avropa Şurasında Azərbaycanın məsələsinə baxılır


Əli İnsanov: «İlham Əliyev, sən xalqımın dostu yox, düşmənisən»
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

Əli İnsanov: «İlham Əliyev, sən xalqımın dostu yox, düşmənisən»

►Avropa Şurasının Nazirlər Komitəsi sentyabrın 22-24-də Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərarların icrasını araşdıracaq.

Narahatlıq doğuran ölkələr arasında Azərbaycan da var. Komitə Azərbaycanla bağlı 4 qərarı araşdıracaq.

Onların arasında hazırda həbsdə olan Real hərəkatının lideri İlqar Məmmədovla keçmiş səhiyyə naziri Əli İnsanov da var.

Avropa Məhkəməsi 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin həmin qərarına əsasən, İlqar Məmmədov azad olunmalı, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə ona 22 min avro təzminat ödəməlidir.

Amma Azərbaycan hökuməti həmin il avqustun 8-də Avropa Məhkəməsinin qərarından Böyük Palataya müraciət edib. Kollegiya oktyabrın 13-də müraciətə baxıb və onu Böyük Palatanın baxışına verməkdən imtina edib. Bununla da Məhkəmənin mayda çıxardığı qərar qəti qüvvəyə minib.

Amma bugünədək qərar icra edilməyib.

Buna da bax: Azərbaycanda yenə devalvasiya gözlənir- AİB

Avropa İnsan Haqları Məhkəməsi 2013-cü il martın 14-də isə keçmiş səhiyyə naziri Əli İnsanovun İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin qadağan edilməsi) və 6-cı maddələri (ədalətli məhkəmə çəkişməsi hüququ) ilə zəmanət verilmiş hüquqlarının pozulmasını tanıyıb və ona 10 min avro həcmində kompensasiya verilməsi barədə qərar çıxarıb.

İlqar Məmmədov
İlqar Məmmədov

Bu qərar da indiyədək icra olunmayıb.

Digər qərar isə 2005-ci il parlament seçkiləri ilə bağlı Nemət Əliyevin şikayəti ilə bağlıdır.

Avropa Məhkəməsi həmin vaxt qərara alıb ki,Azərbaycan Apelyasiya Məhkəməsi sənədlərin surətini sənəd kimi qəbul etməməklə qanunu pozub. Ona görə Avropa İnsan Haqları Məhkəməsi mənəvi ziyana görə Azərbaycan hökumətini 7500 avro cərimə edib.

4-cü icra edilməyən qərar isə Rövşən Mahmudov və Yaşar Ağazadə barəsindədir. Avropa İnsan haqları Məhkəməsi 2009-cu ilin martında onların ifadə azadlığının pozulması barədə qərar çıxarıb.

Qərara əsasən hökumət onlara dəymiş mənəvi zərərə görə, 1000 avro, məhkəmə xərclərinə görə isə 925 avro təzminat ödəməlidir, amma qərar bugünədək icra olunmayıb.

Avropa Şurasının Nazirlər Komitəsi 47 üzv ölkənin nümayəndələrindən təşkil olunub.

XS
SM
MD
LG