Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:32

Gorus-Qafan yolunda iranlı sürücülər saxlanıb


Gorus-Qafan yolu
Gorus-Qafan yolu

Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünün saxlandığı bildirilir

Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünün saxlandığı bildirilir.

Bu barədə “Turan” İnformasiya Agentliyinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qurumdan bildirilib ki, saxlanan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar:

"Ermənistandan qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb".

Qeyd olunub ki, avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək.

Hələlik, bu məlumata İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Azərbaycanla İran arasında nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

Bundan əvvəl baş verənlər

Bir neçə gün öncə Azərbaycan Dövlət Gömrük Komitəsi də Gorus-Qafan yolunda İran maşınlarından rüsum alınmasına dair məlumatlara münasibət bildirmişdi.

Qurum vurğulayıırdı ki, hazırda gömrük orqanları qanunvericilikdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsini bütün ölkə ərazisi üzrə təmin edir.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti isə bildirmişdi ki, Azərbaycan polisi sentyabrın 12-də saat 12:00-dan Gorus-Qafan yolunun onun nəzarətində olan Eyvazlı hissəsində (Ermənistanın Vorotan kəndi yaxınlığında) İran nömrəli yük maşınlarını dayandırmağa başlayıb.

Gorus-Qafan yolunun 21 kilometri Azərbaycan ərazisindən keçir.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında gərginlik var.Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG