Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:49

Gürcüstanda müxalifətin tələbi ilə iki məhbus azad edilib


Gigi Ugulava (solda) və Irakli Okruashvili
Gigi Ugulava (solda) və Irakli Okruashvili

Gürcüstan prezidenti Salome Zurabishvili mayın 15-də bəyan edib ki, o, beynəlxalq vasitəçilərin dəstəyi ilə əldə olunmuş iqtidar-müxalifət seçki razılaşmasını xilas etmək naminə Tbilisinin keçmiş merini və ölkənin keçmiş müdafiə nazirini həbsxanadan azad edib.

Ölkə müxalifəti bundan bir gün sözü gedən razılaşmanın şərtlərindən biri olaraq “siyasi məhbusların” azad olunmasını tələb etmiş, əks halda razılaşmadan çıxacağı ilə hədələmişdi.

İki tərəf arasında seçki islahatları barədə razılaşma martın 8-də imzalansa da, tərəflər sazişin şərtlərini yerinə yetirmək istiqamətində heç bir hərəkət etməmişdilər.

Zurabishvili müxalifətin ultimatumsayağı tələbindən sonra yaranmış vəziyyəti “Gürcüstanın demokratik Avropa gələcəyinə” təhülkə yaradan “siyasi böhran” adlandırmışdı.

Gürcüstan müxalifəti bildirirdi ki, siyasi motivlərlə məhkum edilənlər azad olunmayınca parlamentin sessiyaları boykot ediləcək.

Prezident azad edir, amma siyasi məhbus saymır

Bunun ardınca bugün, mayın 15-də Tbilisinin keçmiş meri, Avropa Gürcüstan Azadlıq Hərəkatının lideri Gigi Ugulava və keçmiş müdafiə naziri, Müzəffər Gürcüstan Partiyasının başçısı Irakli Okruashvili azadlığa buraxılıb.

Bu iki siyasətçini “ziddiyyətli fiqurlar” adlandıran prezident israr edib ki, o, əslində azad etdiyi bu şəxsləri siyasi məhbus hesab etmir.

Xanım Zurabishvili bir daha bəyan edib ki, “Gürcüstanda heç bir siyasi məhbus yoxdur”.

2019-cu ilin yayında antihökumət etirazlarının təşkilində iştirak etmiş Ugulava bu ilin əvvəlində 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Bu onun eyni ittihamla ikinci məhkumluğu idi.

Okruashvili isə zoraklılıqla nəticələnmiş etiraz aksiyalarının təşkilinə görə 5 il iş almışdı.

Bu həftənin əvvəllərində ABŞ və Avropa İttifaqı səfirləri Gürcüstanın hakim və müxalifət partiyalarını seçki sazişinin icrasına başlamağa çağırmışdılar.

Səfirlərin verdiyi birgə bəyanatda deyilirdi ki, bu razılaşma Gürcüstanın “siyasi sistemindəki qütbləşmənin aradan qaldırılmasına” və oktyabr seçkilərindəın əvvəl “daha yaxşı mühit yaradılmasına” xidmət etməlidir.

XS
SM
MD
LG