Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:55

Bundan sonra AŞPA-Azərbaycan münasibətləri necə ola bilər?


Harri Hamel
Harri Hamel

Niderland Helsinki Komitəsinin keçmiş sədri Harri Hamel (Harry Hummel) AzadlıqRadiosuna müsahibəsində deyir ki, Bakı ilə AŞPA-nın bundan sonrakı münasibətləri Azərbaycanın nümayəndə heyətinin özündən asılıdır.

Onlar AŞPA-nın iclaslarına, lakin səsvermə hüququ olmadan qatıla bilərlər ki, “bunu da yəqin istəməyəcəklər”. AŞPA-da səs hüququ isə müəyyən rəsmilərin seçilməsində səs sahibi olmaq deməkdir. Məsələn, ilin sonuna Avropa Şurasının yeni baş katibi seçilməlidir.

Hamel bildirib ki, Avropa Şurasının əsas qurumu Nazirlər Komitəsidir. Bu komitədə üzv ölkə səfirlərinin müntəzəm iclasları keçirilir.

Hammelin sözlərinə görə bundan əvvəl, 2014-cü ildə Rusiya nümayəndə heyətinin sanksiyalanması zamanı Nazirlər Komitəsi Rusiya ilə münasibətərini davam etdirib və bundan sonra Rusiya nümayəndə heyəti hətta AŞPA-ya qayıtmışdı.

Ekspertin sözlərinə görə belə hallarda Nazirlər Kabineti, AŞPA, habelə sözü gedən üzv ölkənin iştirakı ilə birgə prosedur başlana bilər. Bu prosedurda Avropa Şurasının prezidenti də bir növ vasitəçi kimi iştirak edir.

Birgə prosedur

Prosedurda öhdəliklərə əməl etməsində sistematik problemi olan üzv ölkənin öhdəliklərinin icrasına qaytarılması üçün müəyyən tədbirlər müzakirə olunur. Bunlar ölkənin gücləndirilmiş monitorinqi, üzv ölkəyə AŞ vəzifəli rəsmilərinin səfərləri və sair ola bilər.

Hamel deyib ki, Azərbaycanla bağlı məsələdə də Nazirlər Kabineti birgə prosedurun keçirilməsi təklifi ilə çıxış edə bilər. Ekspertin dediyinə görə birgə prosedur müddətində Azərbaycanın prosedura münasibətindən asılı olaraq onun nümayəndə heyətinin səlahiyyətlərinin müvəqqəti bərpa olunması da mümkündür.

Ekspertin sözlərinə görə bu il Avropa Şurası prezidentinin səlahiyyətləri başa çatır və onu yeni prezident əvəz edəcək. Bu, texniki baxımdan Azərbaycanla bağlı prosesləri yavaşıda bilər.

Xatırlatma

Yanvarın 24-də Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) nümayəndə heyəti qurumla əməkdaşlığını qeyri-müəyyən vaxta qədər dayandırdığını bəyan etdi. Buna səbəb nümayəndə heyətinin etimadnamələrini qəbul etməməyi olub. Nümayəndə heyəti AŞPA-nı qərəzdə ittiham edib.

AŞPA isə, öz növbəsində, Azərbaycan nümayəndə heyətini 1 il müddətinə mandatdan məhrum edib. Buna əsas kimi ölkədə insan haqlarının pozulması, siyasi məhbusların sayının artması və Azərbaycanın AŞPA-nın qarşısındakı öhdəlikləri yerinə yetirməməsi göstərildi. Həmçinin bildirildi ki, Azərbaycan təşkilatı növbədənkənar prezident seçkilərinə müşahidəçi kimi dəvət etməyib.

AŞPA yalnız Azərbaycanın nümayəndə heyətini 2025-ci il yanvar sessiyasınadək səsvermə hüququndan məhrum edib. Azərbaycan AŞPA-dan xaric edilməyib və ondan öhdəliklərinin yerinə yetirilməsi yönündə konkret addımlar gözlənilir.

Bu da qeyd olunmalıdır ki, 2024-cü ildə Azərbaycanda parlament seçkiləri keçiriləcək və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi də texniki və nəzəri baxımdan fərqli ola bilər.

XS
SM
MD
LG