Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:51

Həkim müayinəsindən sonra qardaşı ilə danışan fəal aclığı davam etdirdiyini deyib


Bəxtiyar Hacıyev, 2022
Bəxtiyar Hacıyev, 2022

Fevralın 5-də Bəxtiyar Hacıyev təcridxanadan ailəsinə zəng edib. Bu barədə qardaşı Vüqar Hacıyevə istinadla "Turan" İnformasiya Agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, fəalın qardaşı Bəxtiyar Hacıyevin səhhətinin əvvəlki kimi ağır və kritik olaraq qaldığını deyib.

“Səsi çox zəif idi. O dedi ki, dünən tibb elmləri doktoru Adil Qeybullanın iştirakı ilə 5 saat ərzində ətraflı müayinə ediblər. Adil Qeybulla onun səhhətini qeyri-kafi qiymətləndirib. Mən ondan xahiş etdim ki, günlər keçdikcə səhhəti daha da pisləşir, aclığı dayandırsın. O razılaşmadı və sonadək aclığı davam etdirəcəyini bildirdi.”-"Turan"a görə, fəalın qardaşı belə deyib.

***

Fevralın 4-də həkim Adil Qeybulla təcridxanada ictimai fəal Bəxtiyar Hacıyevə baş çəkib.

Görüşün altı saata qədər davam etdiyi bildirilir. "Turan" İnformasiya Agentliyinə danışan professor Bəxtiyar Hacıyevi müayinə etdiyini bildirib.

“Onun səhhəti aclıq aksiyasına uyğundur. Aclığının 27-ci sutkasıdır. Çəki itirib, halsızdır. Başgicəllənmələri, baş ağrıları, mədə ağrıları var, gəzməyində çətinlik çəkir, ümumi zəfliyi var. Amma komunakabellidir, huşu aydındır”.

Saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevin 27 gündür aclıq aksiyası keçirdiyi bildirilir. Onun belə bir aksiya ilə öz həbsinə etiraz etdiyi və bütün siyasi məhbuslara azadlıq istədiyi vurğulanır.

Adil Qeybullanın dediyinə görə, o, Bəxtiyar Hacıyevi Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin həkimləri ilə birgə müayinə edib.

“Ona lazımi tövsiyyələr verdik. Ədliyyə Nazirliyininn Baş Tibb İdarəsinin həkimləri lazımi tədbirlər görürlər, onun səhhətini nəzarətdə saxlayırlar. Əgər icazə versələr yenidən Bəxtiyar Hacıyevi müayinə edəcəm”.

Həkimin sözlərinə görə, Bəxtiyar Hacıyevin Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi hələ gündəlikdə deyil.

Adil Qeybulla Bəxtiyar Hacıyevin çəki itirdiyini bildirib, qanında şəkərin aşağı olduğuna diqqət çəkib.

“Onun huşu aydındır. Mən onun səhhətini nəzarətə götürmək fikrindəyəm. Lazım olan tədbirlər hələ təcridxananın tibb-sanitar hissəsində həyata keçiriləcək.Aclığa uyğun olaraq çəki itirməsi, halsızlıq var. Əlbəttə lazımi tədbirlər görülməlidir ki, onun bu vəziyyəti dərinləşməsin”.

Professor Adil Qeybulla bundan əvvəl də bir neçə dəfə həbsdə aclıq aksiyasi keçirdiyi bildirilən müxalif fəalları yaxınlarının rəsmi qurumlara müraciətindən sonra müayinə edib.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən "Amerikanın Səsi"nə bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.

Bəxtiyar Hacıyev yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsində yenidən aclıq aksiyasına başladığı haqqında məlumat vermişdi.

Bundan öncə Hacıyev ötən il dekabrın 15-də aclıq aksiyasına başladığını açıqlamış, dekabrın 28-də onu dayandırmışdı.

Bəxtiyar Hacıyev əvvəl Cinayət Məcəlləsinin "xırda xuliqanlıq""məhkəməyə hörmətsizlik" maddələri ilə suçlansa da sonradan-yanvarın 13-də ittiham ağırlaşdırılıb. Əvvəlki ittiham "İctimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq"la əvəzlənib.

Əvvəlki ittihamla ona bir, sonradan ağırlaşdırılan ittihama görə isə 3 ilə qədər həbs cəzası verilə bilər.

XS
SM
MD
LG