Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:55

Hərbi komissarlığı yandırmaq istəyən məktəbli qız ev dustağı edilib


Zelenski: Ukrayna ordusu sürətlə irəliləyir
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Zelenski: Ukrayna ordusu sürətlə irəliləyir

Saxlananlara cinayət işi açılır, onlar özgə əmlakına qəsdən ziyan vurmada ittiham edilirlər

Kazanda məhkəmə 11-ci sinif şagirdini özgə əmlakının məhvinə qəsd maddəsi üzrə iki aylıq ev dustaqlığına məhkum edib. Qızın rayon hərbi komissarlığını Molotov kokteyli ilə yandırmağa çalışdığı bildirilir. Məlumatı Tatarıstanın “Realnoye vremya” internet qəzeti yayıb.

Müharibəyə qarşı çıxdığı üçün...

Məktəbli oktyabrın 3-də saxlanıb. Onun üstündə yandırıcı məhlul olan butulka aşkarlanıb. O, digər iki butulkanı hərbi komissarlıq tərəfə ata bilib. Butulkalar binaya dəyməsələr də, divarın bir neçə metrliyinə düşərək otu yandırıb.

Qız polisə deyib ki, müharibəyə, səfərbərliyə qarşı çıxdığı üçün hərbi komissarlığı yandırmaq istəyib.

Məktəbli məhkəməyə əli qandallı gətirilib. İclas qapalı keçirilib. Qız 2022-ci il dekabrın 3-dək ev dustaqlığında qalacaq.

50-dək yandırma cəhdi

Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan bütün ölkə ərazisində hərbi komissarlıqların, polis şöbələrinin, şəhər administrasiya binalarının yandırılması halları baş verib. Qismən səfərbərlik elan ediləndən belə hücumların sayı bir neçə dəfə artıb. İndiyədək 50-dək belə cəhdin baş verdiyi bildirilir.

Saxlananlara cinayət işi açılır, onlar özgə əmlakına qəsdən ziyan vurmada ittiham edilirlər. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, bu yandırma cəhdlərinə görə 15 ilədək azadlıqdan məhrumetmə cəzası kəsilə bilər.

Prezident Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edib. İlkin mərhələdə 300 min ehtiyatda olanın orduya çağırılması nəzərdə tutulub. Bunun Rusiyanın ümumi səfərbərlik potensialının bir faizi olduğu bildirilir.

XS
SM
MD
LG