Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:45

Ay alan, obyekt satılır, həm də şirinliksiz...


arxiv foto
arxiv foto

Ağəli kişi obyektinin satışa çıxdığından xəbərsizdir

Noyabrın 8-nə təyin olunmuş növbəti hərraca Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 37 yeni müəssisə və obyekt çıxarıb. İnvestorlar imkanlarına görə obyekt seçə bilərlər: İlkin qiymət 2 min 500 manatdan başlayır və 800 min manatda bitir.

«Mərdəkan» restoranı satışda

Satışa çıxarılan 26 yeni kiçik müəssisənin 18-i ticarət obyektidir. Onların 14-ü Bakıda, qalan 12-si başqa şəhər və rayonlardadır.

Buna da bax: Milli Şura sədri Cəmil Həsənli: 'Hanı o nəticələr?..'

Aralarında Səbail rayonundakı yanacaqdoldurma məntəqəsi, Mərdəkandakı eyniadlı restoran da var. Restorana 600 min manat qiymət qoyulub. Nəsimi rayonundakı 7 saylı atelyenin satışı da 600 min manatdan başlanacaq. Restoranın 1 kvadratmetrinə 344, dərzixanaya isə 1670 manat qiymət kəsilib.
Özələşdirməyə ilk dəfə çıxarılan bu obyektlərin satışından ƏMDK, ən azı, 2 milyon 374 min manat əldə etməyi nəzərdə tutur.

ƏMDK ilk dəfədir ki, özəlləşdirilən obyektlərin faydalı sahəsi ilə bərabər, yerləşdiyi torpaq sahəsini də investorlara açıqlayır. Qanunvericiliyə görə, öncə obyekt, sonra onun texniki pasportunda göstərilən torpaq sahəsi satılır.

Buna da bax: 'Hər şey prezidentə məktubumdan sonra başladı...'

.«İçərişəhər» metro stansiyası ilə üzbəüz

Bu hərraclarda ən yüksək qiymət (800 min manat) isə «İçəri Şəhər» metro stansiyası ilə üzbəüz İstiqlaliyyət küçəsi, ev 31 ünvanında yerləşən 341 kvadratmetrlik qeyri-yaşayış sahəsinə qoyulub. Qiymətlənditici obyektin hər kvadratmetri 2 min 343 manat 90 qəpikdən hesablanıb.

Ən bahalı obyektlər Yasamaldadır

Tutduğu sahə baxımından ən baha obyektsə Yasamal Rayon Məhkəməsi yaxınlığındakı 57 kvadratmetrlik keçmiş komission mağazasıdır. Hər kvadratmetri 3 min 466 manatdan hesablanan bu mağazanın ilkin qiyməti 200 min manatdır. Həmin binadakı 24 kvadratmetrlik əmlak 80 min manat məbləğində (hər kvadratmetri 3 min 333 manat) qiymətləndirilib.

Pinəçi Ağəli: «Ölçüb gediblər»

Elə bu fəaliyyətsiz obyektin qonşuluğunda ayaqqabı təmiri emalatxanası da var. Onu işlədən Ağalə AzadlıqRadiosuna deyib ki, bir müddət öncə gəlib obyekti ölçüblər.

«Nə qiymət qoyduqlarından xəbərim yoxdur. Elə hərrac barədə də ilk dəfə sizdən eşidirəm. İki min manat olsa, yenə oradan-buradan tapıb özəlləşdirərəm».

50 yaşlı pinəçi belə deyir. ƏMDK bu obyekti də satışa çıxarıb və onun start qiyməti 10 min manatdır. Maraqlıdır ki, komitə bu obyektdə çalışan şəxsin əmlakı 15 faiz güzəştlə almaq hüququnu tanımayıb.

Başqa obyektlər də var

Hərraca 11 qeyri-yaşayış sahəsi də çıxarılıb. Onların 10-u Bakıdadır. Obyektlərin toplam ilkin satış qiyməti 1 milyon 390 min 500 manatdır.
Bundan başqa, ƏMDK əvvəlki hərraclara çıxarılan, ancaq müştəri tapmayan 14 müəssisə və obyekti də investorlara təklif edir. 13-ü Bakıda yerləşən bu mağaza və yeməkxanaları cəmi 244 min manat ödəyib almaq olar.

Pulunu ver, istədiyin obyekti al

Xatırlatmağa dəyər ki, sentyabr ayından bəri dövlət əmlakının özəlləşdirilməsində yeni dönəm başlanıb. Daha əvvəliki kimi, qeyri-rəsmi yolla müştəri gözaltı edərək, formal hərrac keçirilmir. ƏMDK-da deyirlər ki, istənilən şəxs hərraclara qatılıb, ürəyindən keçən obyekti «şirinliksiz» ala bilər. Elə obyektlərin qiymətləri də bazar qiymətlərinə yaxındir. Əvvəlki illərdə müəssisə və obyektlərə bazar qiymətindən qat-qat aşağı qiymət qoyulardı.

XS
SM
MD
LG