Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:28

H.Hacızadə: «Müstəqillik təhlükə altında»


Hikmət Hacızadə
Hikmət Hacızadə

-

«Qısaca desək, nəticəsiz, həm də Azərbaycan üçün müəyyən qədər təhlükəli olan görüşdür».

Azərbaycanın Rusiyada keçmiş səfiri, politoloq Hikmət Hacızadə Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünü Azadlıq Radiosuna belə şərh edib.

O, bu görüşün nəticəsi olaraq Qarabağın azad edilməsi istiqamətində hər hansı yenilik gözləmədiyini nəzərə çatdırıb: «Bu görüşün əsas mahiyyətini Kremlin sözçüsü Peskov bir cümlə ilə ifadə etmişdi: «tərəflər arasında müharibənin bərpasına yol verməmək». Bu isə o halda mümkün olur ki, tərəflər arasına üçüncü qüvvə girir. Adi danışıq dilinə çevirsək, bu o deməkdir ki, Rusiya öz silahlı qüvvələrini Azərbaycana yerləşdirmək, rus qoşunlarını Azərbaycana qaytarmaq istəyir. Dəfələrlə demişik ki, bu qoşunların Azərbaycana qaytarılması bütün milli azadlıq mübarizəsinin mahiyyəti olaraq əldə etdiyimiz milli və dövlət müstəqilliyindən əl çəkmək deməkdir».

H.Hacızadənin düşüncəsinə görə, Rusiya qoşunlarının qaytarılması yolverilməzdir. Onun fikrincə, Rusiya artıq neçə 10 illərdir ki, bunu etməyə çalışır: «Mürəkkəb siyasi situasiyadır, razılıq verilməsə, Rusiya Ermənistan təzyiq göstərməyəcək. Əksinə, razılıq verilsə, 5 rayon qaytarılmaqla yarımçıq variant təklif ediləcək, amma problem mahiyyəti etibarilə yenə də həllini tapmayacaq. Ölkə isə bütünlükdə Kremlin tələsinə, qarmağına keçəcək».

Separatçı Dağlıq Qarabağ və Ermənistan qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən daha 7 rayonu işğal ediblər.

Bu müharibədə hər iki tərəfdən ümumilikdə 30 minədək adam ölüb.

Bu il aprelin 2-dən 5-dək Dağlıq Qarabağdakı təmas xəttində yenidən qızğın döyüşlər gedib, hər iki tərəf onlarla itki verib.

Rusiyanın vasitəçiliyi ilə atəşkəs mayın 5-də yenidən bərpa edilib.

XS
SM
MD
LG