Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:26

Hindistan Kanadaya vaksin göndərəcək


Hindistanın Serum İnstitutu bir ay ərzində Kanadaya COVID-19-a qarşı vaksin göndərəcək.

Reuters agentliyinin yazdığına görə bunu fevralın 15-də Kanadanın baş naziri Castin Trüdo Hindistandakı siyasi etirazların azalması barədə şərh verərkən deyib.

Trüdo Hindistanın paytaxtı Delhinin ətraflarında davam edən etirazlara görə bu ölkənin rəhbərliyini tənqid edib.

Hindistan Trüdonun tənqidini rədd edib və bildirib ki, bu, ölkənin daxili problemidir.

Lakin ötən həftə Trüdo hindistanlı həmkarl Narendra Modi ilə “iki ölkənin demokratiyaya sadiqliyi” məsələsini müzakirə etdiyini demişdi.

Modi o vaxt demişdi ki, Hindistan Kanadanı vaksinlə təchiz etmək üçün əlindən gələni edəcək.

Vaksin siyasi təsir aləti kimi

Fevralın 15-də dünyanın ən böyük vaksin istehsalçısı - Hindistan Serum İnstitutunun baş icraçı direktoru Adar Punavalla Kanadaya vaksin göndəriləcəyi barədə xəbəri təsdiq edib.

O deyib ki, Kanada hökumətinin təsdiqindən sonra bir ay ərzində bu ölkəyə vaksin göndəriləcək.

Bu da xəbər verilir ki, Serum İngiltərənin Oksford Universiteti və AstraZeneca şirkəti tərəfindən hazırlanmış vaksinləri istehsal edir.

Serum şirkəti pandemiya dövründə koronavirusa qarşı vaksinlərin ən böyük istehsalçısı sayılır.

Ekspertlər deyirlər ki, Hindistan vaksin istehsalındakı üstünlüyündən siyasi nüfuz qazanmaq üçün istifadə edir.

XS
SM
MD
LG