Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:38
Arif Məmmədov - 2014
Arif Məmmədov - 2014

AzadlıqLive - Eks-diplomat naziri qətiyyətsizlikdə günahlandırır

Azərbaycanda və dünyada baş verən xəbərlər...

Azərbaycanda və dünyada baş verən xəbərlər...

Rusiyanın himnini səhv saldılar

ABŞ-da keçirilən yunan-roma güləşi üzrə dünya çempionatında təşkilatçılar mükafatdırma mərasimi zamanı Rusiyanın himnini səhv salıblar. 75 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Roman Vlasov təşkilatçılara yanlışlığa yol verildiyini başa salmağa çalışıb. Bu zaman himn yarımçıq kəsilib və sonda yanlışlıq aradan qaldırılıb.

İlham Əliyev: "Vəzifəmiz Avrasiyadakı böhrandan qorunmaqdır"

Azərbaycan prezidenti İlham Əliyev iqtisadiiyyata və 2016-cı ilin dövlət büdcəsinin hazırlıq işlərinə həsr edilmiş müşavirədə deyib ki, “Dünyada dərin iqtisadi və maliyyə böhranı davam edir. Xüsusilə Avrasiya məkanında bu böhran daha ciddi forma alıb. Həm Avropada, həm də Asiyada iqtisadi tənəzzül müşahidə olunur”."Biz görürük ki, bu böhranın əsas səbəbləri sabitliyin pozulması və bəzi ölkələrin siyasi maraqlarıdır."“Bizim vəzifəmiz isə ondan ibarətdir ki, ölkə iqtisadiyyatını maksimum dərəcədə dünyada gedən mənfi proseslərdən qoruyaq."

İlham Əliyev: "...bu müharibənin sonu görünmür"

İlham Əliyev sentyabrın 8-dəki büdcə məsələsinə həsr olunan müşavirədə deyib ki, Yaxın Şərqdə son illər ərzində yüz minlərlə insan həlak olub: "Onlar xarici müdaxilə, qanlı toqquşmalar nəticəsində həlak olublar və bu müharibənin, bu toqquşmanın sonu görünmür. Əksinə, yeni müharibə ocaqları yaranır və günahsız insanlar bundan əziyyət çəkir. Post-sovet məkanında vəziyyət daha da gərginləşir, həm qanlı toqquşmalar, eyni zamanda, siyasi və iqtisadi böhranlar hökm sürür".

"Qarşıdurma meyilləri güclənir və postsovet məkanı əlbəttə ki, bizim qonşuluğumuzdur. Burada da biz hamımız yaxşı görürük və ictimaiyyət də bunu bilir. Xarici müdaxilə öz rolunu oynayır və bundan əziyyət çəkən yenə də günahsız insanlardır. İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq Avropa məkanı, daha doğrusu Avropa İttifaqı böyük humanitar fəlakətlə üz-üzədir."

İlham Əliyev: "Çirkin senarilər Azərbaycan üçün də hazırlanmışdı"

Prezident İlham Əliyev sentybarın 8-də büdcəyə həsr olunan müşavirədə deyib ki, Yaxın Şərqdə baş verən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdı: “2011-ci ildə və 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda “Ərəb baharı”nın yaşanmasından söhbət açırdı. Deyirdilər ki, bu, qaçılmazdır. Azərbaycanda vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün min cür işlərdən çıxmışdılar. Bizim hüquq-mühafizə orqanları bütün bu işlərin üzərini açıb. Azərbaycanda "Maydan hərəkatı" yaratmaq, gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər, onları bədbəxt etdilər. Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib. On milyon dollarlarla vəsait aşkarlanıb ki, qanunsuz yollarla yerli “Beşinci kalon” vasitəsi ilə QHT adı altında Azərbaycana gətirilsin və vəziyyət gərginləşsin, burada da bəzi dairələrin xidmətində olan insanları hakimiyyətə gətirsinlər ”.

Dövlət başçısı qeyd edib ki, 2013-cü ilin əvvəlindən başlayaraq bu proseslər daha ciddi forma alıb: “Prezident seçkiləri ərəfəsində vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq, Azərbaycanı məhv etmək cəhdləri müşahidə olunurdu. Mən bunu açıq deyirəm və başqa cür də qəbul etmirəm."

Davamı

XS
SM
MD
LG