Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:42
Arif Məmmədov - 2014
Arif Məmmədov - 2014

AzadlıqLive - Eks-diplomat naziri qətiyyətsizlikdə günahlandırır

Azərbaycanda və dünyada baş verən xəbərlər...

Azərbaycanda və dünyada baş verən xəbərlər...

3 rektor deputatlığa görə vəifəsindın imtina edir

«Yeni Müsavat» qəzeti: YAP-ın seçki siyahısındakı üç namizəd - Səməd Seyidov, Əhliman Əmiraslanov, Aqiyə Naxçıvanlı və Ağacan Abiyev fəaliyyətlərini Milli Məclisdə davam etdirməyə qərar veriblər. Abel Məhərrəmov isə BDU rektoru postunda qalmağa razılaşıb: «Məlumatlara görə, hakim partiyanın seçki siyahısını açıqlamağı gecikdirməsinin bir sıra səbəbləri var. Onlardan ən əsası idarəetmədə rəhbər olan şəxslərin, o cümlədən rektorların deputat olmaları ilə bağlıdır».

Eks-diplomat açdı sandığı...

Azadlıq qəzeti Arif Məmmədovun Facebookda yazdığını dərc edib. Eks-diplomat yazır ki, XİN-də keçirilən illik toplantılarda hər kəs təəccüblənirdi ki, aparat rəhbəri və ya onun köməkçisi bütün əməkdaşların, səfirlərin qarşısında ölkənin Təhlükəsizlik Şurasının üzvünü, xarici işlər nazirini danlayır. Bu nə Burkina Faso, nə Mavritaniya nə də Somalidə» mümkündür: «Əgər nazir ilk gündən əzm nümayiş etdirsəydi, əməkdaşlarını təxribatlardan müdafiə etsəydi, bunların qarşısı alınardı. Ola bilər ki, bu zaman Prezidentlə mürəkkəb söhbət baş verəcəkdi, aparatla gərginlik yaşanacaqdı, lakin bu, nazirliyin bu gün ölkə və dünya qarşısında yaranmış indiki gülünc durumla müqayisə olunmur. Ən pis halda istefa verib, qürurla, hörmətə layiq adla çıxıb getmək olardı».

XS
SM
MD
LG