Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:40

Prezident: 'Əgər təmiz işləmək istəmirsinizsə…'


Prezident İlham Əliyev Rafiq Cəlilovu və Rəşad Tağıyevi videoformatda qəbul edib
Prezident İlham Əliyev Rafiq Cəlilovu və Rəşad Tağıyevi videoformatda qəbul edib

"Son illər ərzində bir çox yüksəkvəzifəli məmurlar, yerli və mərkəzi icra orqanlarının rəhbərləri, eyni zamanda, sabiq rəhbərlər, nazirlər, icra başçıları cinayət məsuliyyətinə cəlb edilmişlər...".

Bunu Prezident İlham Əliyev sentyabrın 14-də Cəlilabad və Şəmkir rayonlarına yeni təyin olunmuş icra hakimiyyəti başçılarını videoformatda qəbul edərkən çıxışında deyib.

Prezidentin sərəncamları ilə Rəşad Tağıyev sentyabrın 14-də Şəmkir Rayon İcra Hakimiyyətinin, Rafiq Cəlilov isə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ötən il Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov həbs edilib. O, rüşvət və başqa qanunsuzluqlarda ittiham edilir. Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov isə bu il tutulub. O da oxşar məsələlərdə günahlandırılır. Keçmiş başçıların, hələlik, ittihamlara ayrılıqda münasibətini öyrənmək mümkün olmayıb.

Azərbaycan dövləti öz prezidentinin ailəsinə belə borclanır
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00

Prezident daha sonra da bunları deyib: "Hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Bunu mən dəfələrlə demişəm, bir daha demək istəyirəm, sizə də deyirəm və bu gün bütün digər məmurlara deyirəm - əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq. Hətta çıxışlarımın birində demişdim ki, əgər təmiz işləmək istəmirsinizsə, getməyin bu işlərə, razılıq verməyin, yoxsa bədbəxt olacaqsınız".

Prezidentin sözlərinə görə, onlar elə işləməlidirlər ki, vətəndaşlar onlardan razı olsunlar: "Mən hesab edirəm, artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır, yerlərdə insanların dolanışığı, insanların rahatlığı dövlət məmurunun fəaliyyətindən asılıdır. Onlar elə işləməlidirlər ki, daim insanlarla bir yerdə olsunlar. Mənim tövsiyələrimin içində bu tövsiyə də həmişə xüsusi yer tutur. Sizə də deyirəm, siz insanların arasında olmalısınız, onlarla daim təmasda olmalısınız, onların qayğıları ilə yaşamalısınız və çalışmalısınız ki, imkan daxilində onlara kömək edəsiniz".

DTX-nın həbs etdiyi icra hakimi həbsxanada öldü
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00

Xatırlatma

Amma bəzi ekspertlər və müxalif qüvvələr də hesab edirlər ki, ölkədə heç də reallıqda korrupsiya ilə ciddi mübarizə aparılmır. Onların fikrincə, sadəcə, korrupsiya ilə mübarizənin görüntüsü yaradılır, reallıqda ölkənin sərvətləri bir əldə cəmləşdirilir.

XS
SM
MD
LG