Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:20

'Bu yazıqlar köçkün düşüblərsə, məsuliyyətini dövlət daşımalıdır'


Sumqayıtda məskunlaşmış məcburi köçkünlər
Sumqayıtda məskunlaşmış məcburi köçkünlər

Fərəc Quliyev: “Bəzən prezidentə yanlış sənədlər təqdim edirlər. Bəzən də yalnız bir qurumun maraqlarından çıxış edərək təkliflər hazırlayırlar”

Oqtay Haqverdiyev: “Yaxşı ki prezident məcburi köçkünlərlə bağlı qərara tez dəyişiklik etdi. Bunlar özbaşına məcburi köçkün olublar? Dövlətin onlarla bağlı məsuliyyəti var”.

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri, iqtisadçı ekspert Oqtay Haqverdiyev prezidentin məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyənləşdirilməsi haqda yanvarın 23-də verdiyi fərmana dəyişikliklərdən danışarkən belə deyib.

Buna da bax:​ Prezident köçkünlərlə bağlı verdiyi fərmanı dəyişdi

Fevralın 14-də verilən fərmanda vurğulanır ki, məcburi köçkünlər fərdi qaydada sayğacların quraşdırılması mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar yenə dövlət hesabına ödənilsin.

Bu imtiyaz fərdi qaydada təbii qazla təmin olunmayan, sıx müvəqqəti məskunlaşma yerlərində yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə də şamil edilir.

Sənəddə qeyd edilir ki, məcburi köçkünlərə nəzərdə tutulan vahid aylıq müavinətin məbləği bu il fevralın 1-dən 20 manat məbləğində müəyyənləşdirilsin.

Buna da bax:​ Məcburi köçkünlər: 'Sayğac istəmirik, torpağımızı istəyirik'

“Şirkətlər düzgün qərar qəbul etməmişdilər”

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

Oqtay Haqverdiyev məcburi köçkünlərin kompakt yaşadığı yerlərdə sayğacların quraşdırılmasına dair qərarı elə əvvəldən düzgün saymadığını bildirib:

“Bu adamlar öz xoşları ilə qaçqın, məcburi köçkün düşməyiblər. Dövlətin bunlarla bağlı məsuliyyəti var. Onlar dövlətin himayəsindədirlər. Öz yurdlarında qalsaydılar, bu gün özlərini qazla, elektriklə təmin edəcəkdilər. İndi isə qaçqın düşüblər. Həmin şirkətlər - “Azərişıq”, “Azərsu”, “Azəriqaz” düzgün qərar qəbul etməmişdilər. Yaxşı oldu ki, prezident qərarı dəyişdi”.

İqtisadçı ekspert məcburi köçkünlərin ödəniş etməyə imkanları olmadığını vurğulayır: “İmkanları olsa, gedib bəzi qaçqınlar kimi villa tikərdilər. Elə qaçqın var, maşını var, villası var, amma eləsi də var, taleyi belə gətirib, güzəranı ağırdır”.

Buna da bax:​ Bu məcburi köçkünlərin sayğaclaşma problemi yoxdur...

Oqtay Haqverdiyev: “Etiraz etməsəydilər, bəlkə də fikir verməyəcəkdilər'
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00
Direct-ə keçid

“Etirazlar olmasaydı, bəlkə də fikir verməyəcəkdilər”

Məcburi köçkünlər sayğacların quraşdırılmasını etirazla qarşılamışdılar. AzadlıqRadiosu-nun “Prezidentin fərmana dəyişiklik etməsi həmin etirazlarla bağlıdırmı” sualını Oqtay Haqverdiyev belə cavablayır: “Əlbəttə, etiraz etməsəydilər, bəlkə də fikir verməyəcəkdilər. Amma hər halda, buna tez reaksiya verildi. Bəlkə də dövlət başçısının xəbəri olmamışdı. Yenə deyirəm, bu adamlar özbaşına qaçqın olmayıblar. O torpaqların qaytarılması istiqamətində danışıqlar gedir, nə olacaq, Allah bilir. Amma bu yazıqlar köçkün düşüblərsə, bunun məsuliyyətini dövlət daşımalıdır”.

Fərəc Quliyev
Fərəc Quliyev

Dəyişikliyə deputat Fərəc Quliyevin də reaksiyası var: “Bəzən prezidentə yanlış sənədlər təqdim edirlər. Bəzən də yalnız bir qurumun maraqlarından çıxış edərək təkliflər hazırlayırlar. Ümummilli, dövlət maraqlarını, imkansız insanların maraqlarını nəzərə almırlar. Bu da nazirliklərin, məmurların yanlışıdır”.

Buna da bax: Sayğaclaşmaya etiraz dalğası genişlənir (Video)

Deputat bu fikirdədir ki, ilkin hazırlıqlar aparılmadan məcburi köçkünləri “maddi baxımdan çox yükləmək olmaz”. O, məcburi köçkünlərə güzəşti doğru yol sayır: “Nəzərdə tutulan infrastruktur sahmana salınandan sonra hamı qanun qarşısında bərabər ola bilər. İndiki halda bu normal addımdır”.

Fərəc Quliyev: 'Bu adamlar öz xoşları ilə qaçqın, məcburi köçkün düşməyiblər'
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00
Direct-ə keçid

XS
SM
MD
LG