Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:49

Prezident: 'Vətəndaşların pambıqçılığa çox böyük marağı yaranıb'


İ.Əliyev Sabirabadda pambıq tarlasında. 2016
İ.Əliyev Sabirabadda pambıq tarlasında. 2016

«Biz keçən ildən başlayaraq pambıqçılığa çox böyük dövlət dəstəyi göstəririk. Bugünkü müşavirə ikinci müşavirədir. Bu müşavirələrin keçirilməsi özündə bu dəstəyin təzahürüdür».

AZƏRTAC-ın xəbərinə görə, bunu bu gün, martın 28-də prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində söyləyib.

Dövlət başçısının deməsinə görə, dövlət fermerlərə bu sahədə ciddi dəstək verir: «Eyni zamanda, biz vətəndaşları və fermerləri stimullaşdırmaq üçün çox ciddi tədbirlər görürük. Pambığın alış qiyməti keçənilki 41 qəpikdən 50 qəpiyə qaldırılıb. Eyni zamanda, 10 qəpik subsidiya verilir. Vətəndaşlar hər gün tarla başında öz halal pullarını alırlar».

«BU İL GÖSTƏRİCİLƏR DAHA YAXŞI OLACAQ»

Prezident vətəndaşların pambıqçılığa çox böyük maraq göstərdiyini, bunun çox önəmli amil olduğunu qeyd edib.

Ağ qızılın qara dərdi
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

«Dövlət öz dəstəyini göstərir və göstərəcək. Biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik. Ancaq əgər vətəndaşlar tərəfindən bu sahəyə maraq göstərilməsəydi, bizim işlərimiz yarımçıq qala bilərdi. Ona görə, burada həm dövlət dəstəyi, bütün dövlət qurumlarının, özəl qurumların birgə fəaliyyəti və ictimaiyyət tərəfindən göstərilən dəstək tamamilə yeni bir vəziyyətə gətirib çıxarıb. Əminəm ki, bu il göstəricilər daha yaxşı olacaq, buna şübhə yoxdur», - deyə o, vurğulayıb.

Azərbaycan prezidenti gələcəkdə pambıqçılığın daha da sürətlə inkişaf etdiriləcəyini, bunun həm vətəndaşlara, həm də dövlətə böyük xeyri olacağını bildirib.

Ötən ilin payızı ölkədə pambıq yığımına büdcə təşkilatlarında çalışan insanlar da cəlb edilmişdilər. Hüquqşünaslar bunun ölkə qanunvericiliyinə zidd olduğunu söyləyirdilər. Müxalifət partiyalarının fikrincə isə, bu, Azərbaycanı SSRİ dövrünə qaytarmaqdır.

Həkimə zorla ərizə yazdırırlar: 'Əgər 50 kilo pambıq yağmasam...'
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

XS
SM
MD
LG