Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:27

Prezident : “İşləmək istəyən özü üçün iş tapar”


İlham Əliyev
İlham Əliyev

“Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlətin verdiyi dəstək heç bir başqa ölkədə yoxdur. İlk növbədə, əgər biz vergi siyasətinə nəzər salsaq görərik ki, ölkəmizdə fermerlər bütün vergilərdən azad olunublar, təkcə torpaq vergisindən başqa”

AZƏRTAC xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirib.

İlham Əliyev deyib ki,qısa müddət ərzindəAzərbaycandünya bazarlarına daha çox məhsul çıxaracaq:

“ Beləliklə, ölkə iqtisadiyyatı çoxşaxəli istiqamətdə inkişaf edəcək. İdxaldan asılılıq minimum səviyyəyə düşəcək və yeni iş yerləri, istehsalat sahələri yaradılacaq. ”

İ.Əliyev 2000-ci ildə parlament seçkiləri ərəfəsində Lənkəran rayonuna səfərini xatırladaraq bildirib ki, o vaxt vətəndaşlarla görüş zamanı ən çox qaldırılan məsələ təbii qazın olmaması idi:

“Ancaq bu gün Lənkəran rayonunun təxminən 90 faizi qazlaşdırılıb. Ölkə üzrə isə qazlaşdırma 93 faizə çatıb. Biz təbii qazı ixrac etməyə başlamışıq və ölkəmizə çox lazım olan valyuta gəlir”.

Foto arxiv
Foto arxiv

Prezident son illərdə 11 min kilometrdən çox yol salındığını qeyd edib:

“Bu yollar bütün bölgələri bir-biri ilə bağlayır. Şəhərlərarası yollar, magistral yollar, qonşu ölkələrlə əlaqə yaradan yollar,...”

“İşsizlik 5 faiz səviyyəsindədir”

Prezident vurğulayıb ki, Azərbaycanda işsizlik təqribən 5 faiz səviyyəsindədir:

“ Son 2 il ərzində minlərlə ictimai iş yeri yaradılıb, işləmək istəyən özü üçün iş tapar. Yaradılan 1 milyon 600 mindən çox iş yeri də bizim siyasətimizin əlamətidir, onun təzahürüdür”.

“ Ət istehsalı 100 faizdaxili imkanlar hesabına təmin edilir”

Ərzaq təhlükəsizliyinə toxunan ölkə rəhbəri deyib ki, bu istiqamətdə çox önəmli addımlar atılıb:

“ Ət istehsalı təxminən 100 faiz səviyyəsində daxili imkanlar hesabına təmin edilir. Toyuq əti 100 faiz, hətta ixrac edirik. Süd isə 80 faiz daxildə istehsal olunur... Biz pambıqçılığın şöhrətini bərpa etdik. İki il ərzində çox böyük işlər görüldü. Pambıq sahələri 17 min hektardan 136 min hektara çatdırıldı..."

Çayçılıqda geriləmə, çəltikçilikdə inkişaf

Prezident Azərbaycanda çayçılığın tarixindən də danışıb.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda çayçılığın sürətli inkişafı keçmiş prezidentHeydər Əliyevin adı ilə vbağlıdır:

“ 1970-ci ildə 8 min hektarda çay əkilirdisə, 1982-ci ildə təxminən 12 min hektarda çay əkilib və çayın istehsalı 26 min tona çatıb”.

Foto arxiv
Foto arxiv

İlham Əliyev qeyd edib ki, indimin hektarda çay plantasiyaları əkilib.Prezident vurğulayıb ki, 2016-cı ildə ölkəyə 12 min 600 ton çay idxal edilib.

“ Bu məqsədlər üçün ölkəmizdən 45 milyon dollar vəsait gedib. Eyni zamanda, keçən il 1100 ton çay ixrac edilib və ölkəmizə 6 milyon 100 min dollar məbləğində valyuta gəlib. Yəni, biz görürük ki, burada tarazlıq bizim xeyrimizə deyil”

Prezident çəltikçilik sahəsinə də toxunub.

O, qeyd edib ki, Azərbaycanın 12 rayonunda çəltikçilik inkişaf edir.

Prezident vurğulayıb ki, çayçılıqdan fərqli olaraq çəəltikçilikdə inkişaf var:

“ 1991-ci ildə - müstəqilliyin ilk ilində 1000 hektarda çəltik əkilmişdisə, 2016-cı ildə bu, 2500 hektara çatıb. 5600 ton çəltik yığılıb. Bu il isə 5 min hektarda çəltik əkilib. Yəni, keçən illə müqayisədə əkin sahələri iki dəfə genişləndirilib”

Prezident vurğulayıb ki, sitrus meyvələrinin yetişdirilməsində də inkişaf var.

Sentyabrın 3-ü prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.Prezident sentyabrın 2-si Cəlilabad, Lənkəran rayonlarına səfər edərək bir sıra yol tikintisi və yeni obyektlərin açlışında iştirak edib.

XS
SM
MD
LG