Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:42

İlham Əliyev: 'O vaxt biz çar Rusiyasının tərkibində idik...'


İlham Əliyev Bibiheybətdə dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun yanında
İlham Əliyev Bibiheybətdə dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun yanında

“Neftin vətəni Azərbaycandır, neft sənayesi, burdan başlayıb. Bu gün - artıq 200 ilə yaxın vaxt keçəndən sonra da Azərbaycan dünyada neft ölkəsi, qaz ölkəsi kimi öz sözünü deyir. Bu gün bizim neftimiz xalqımıza məxsusdur”.

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev aprelin 26-da SOCAR-ın Bibiheybət ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olarkən belə deyib.

Neftçilərlə söhbətləşən İ.Əliyev əvvəllər neftin xalqın güzaranına təsir etmədiyini bildirib.

Buna da bax:​ Azərbaycanda neftin qiymətinə dair müzakirələr

“O vaxt biz çar Rusiyasının tərkibində idik və buradan çıxarılan təbii ehtiyatlar xalqımızın güzəranına o qədər də təsir etmirdi. Kasıbçılıq, səfalət idi. Azərbaycan xalqı böyük bir sərvətin sahibi idi, ancaq özü bu sərvətdən istifadə edə bilmirdi. Sovet dövründə də Azərbaycan neft respublikası kimi özünü göstərmişdi. İkinci Dünya müharibəsi dövründə Azərbaycan neftçilərinin əməyi olmasaydı, müharibənin nəticələri tam başqa cür ola bilərdi”, - deyən ölkə başçısı Azərbaycan neftçilərinin faşizm üzərində qələbədə həlledici rol oynadığını bildirib.

İ.Əliyev deyib ki, Azərbaycan bu il 2 milyard ton neftin hasil olunmasını qeyd edəcək. O, bildirib ki, əgər Azərbaycan əvvəldən müstəqillik qazansaydı, indi dünyanın ən zəngin ölkələrindən biri olacaqdı.

Buna da bax: İlham Əliyev Bibiheybət mədəninə gedib

Prezident neftin xalqa xidmət etdiyini, dövləti gücləndirdiyini vurğulayıb. O, Bibiheybət ərazisinə işarə edək bildirib ki, buralar ekoloji fəlakət zonası idi.

“Hər tərəfdə neft gölməçələri, köhnə buruqlar var idi. Ərazi neftlə çirklənmişdi. İndi bu ərazi şəhərimizin ən abad yerlərindən birinə çevrilib. Yəni, biz neftdən gələn gəliri ölkəmizin inkişafına yönəltdik, insan kapitalına, infrastruktur layihələrinə qoyduq və bu gün neft Azərbaycan xalqının inkişafını təmin edir. Bax, müstəqillik budur və 25 il müstəqil dövlət kimi yaşayan Azərbaycan bu gün ayaqda möhkəm dayanır”, İ.Əliyev əlavə edib.

Buna da bax:​ 'İqtisadi böhran özü ilə cərimələr gətirir'

Azərbaycanda sənaye üsulu ilə neft hasilatına XIX əsrin ortalarından başlanıb. Dünyada ilk dəfə olaraq 1847-ci ildə Bibiheybətdə sənaye üsulu ilə quyu qazıldığı bildirilir.

Ancaq indi həmin quyunun neft verib-vermədiyi açıqlanmır.

XS
SM
MD
LG