Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

Mərkəzi Bank 8 faiz, müstəqil iqtisadçı ikirəqəmli inflyasiya gözləyir


Mütəxəssislər hökumətə inflyasiya cilovlama resepti təqdim edir
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

Mütəxəssislər hökumətə inflyasiya cilovlama resepti təqdim edir (Arxiv. 2022)

Azərbaycan Mərkəzi Bankı bildirib ki, baza ssenari üzrə fərziyyələr sabit qalarsa, 2023-cü ildə illik inflyasiyanın 8 faiz ətrafında olacağı gözlənilir. Ötən il inflyasiyanın rəsmi 14 faiz civarında olduğu açıqlanıb. Hərçənd müstəqil iqtisadçılara görə, bu, 40 faizdən az deyil.

Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə isə, qlobal inflyasiyanın səviyyəsi 8.8 faizdən 6.6 faizə düşəcək.

R.Quliyev
R.Quliyev

"Bütün dünyada inflyasiya artımı zəifləyir"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a bildirib ki, 2023-cü ilin büdcə sənədlərində inflyasiya 6.9 faiz qeyd olunub: "Bütün dünyada inflyasiya artımının templəri zəifləyir. Dünya Bankının ekspertləri bunun 4-6 faiz civarında olduğunu proqnozlaşdırır. Amma burada ekspertlər nominal inflyasiya barəsində söhbət getdiyini bildirir".

Onun sözlərinə görə, inflyasiya ilə mübarizənin klassik sxemi uçot dərəcəsinin artırılmasından ibarətdir: "Biz də uçot dərəcəsini qaldırırıq. Bu, pulların dəyərini artırır və ölkədəki pul kütləsinin daralmasına gətirib çıxarır. Eyni zamanda, müəyyən vergi siyasəti həyata keçirilir ki, inflyasiyanın artımı zəifləsin. Digər tərəfdən, Maliyyə Nazirliyi antidövrilik siyasətini aparır. Bütün bunlar öz effektini verir".

O əlavə edib ki, dövlət dollar və manat paritetini saxlamağa çalışır: "Bütün bunları nəzərə alaraq, inflyasiyanın 8 faizə qədər azalması mümkündür. Amma dövlət tənzimləməsi öz nəticəsini versə də, inflyasiya ilə mübarizədə əsas rol yerli istehsallı mallar və xidmətlərin bolluğudur. Bu mənada kənd təsərrüfatı, kiçik və orta biznes üçün kreditlər daha əlçatan olmalıdır".

"Alıcılıq aşağı düşüb"

İqtisadçı Rəşad Həsənov da AzadlıqRadiosuna bildirib ki, 2023-cü ildə həm dünyada, həm Azərbaycanda inflyasiyanın azalması təbii bir proses olacaq: "Buna "baza effekti" deyirlər. 2022-ci ildə kəskin qiymət artımı olub və bundan sonra bazarda yeni tarazlıq istiqamətində hərəkət formalaşıb. Ona görə ki, alıcılıq aşağı düşüb, imkanlar məhdudlaşıb və şirkətlər məcburən qiymət siyasətində daha ehtiyatlı davranmağa çalışırlar".

R.Həsənov
R.Həsənov

Ekspertin sözlərinə görə, 2023-cü ildə inflyasiya ötən illə müqayisədə aşağı düşsə də, onun ikirəqəmli olması ehtimalı daha üstündür: "Çünki ötən dövr ərzində istehsal qiymətlərinin indeksi daha çox yüksəlib -məhsulların maya dəyəri daha böyük həcmdə artıb və biz bunu bütün məhsulların üzərində, demək olar ki, görürük. Bu artımlar bazara transformasiya olunmayıb, proses tam bitməyib, belə bir təzyiq qalmaqdadır".

XS
SM
MD
LG