Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:37

İnterneti azad olmayan ölkəni azad saymaq olarmı?


Freedom House beynəlxalq insan haqları təşkilatı hesab edir ki, Azərbaycanda internetdə fikrini ifadə azad deyil və buna görə təqibə məruz qalanlar var

Azərbaycanda internetdə fikrini ifadə eləmək azaddırmı? Vətəndaş hakimiyyəti sosial mediada açıq tənqid edə bilərmi, yoxsa buna görə təzyiqlə üzləşər?

Freedom House beynəlxalq insan haqları təşkilatı hesab edir ki, Azərbaycanda internetdə fikrini ifadə azad deyil və buna görə təqibə məruz qalanlar var.

Bugün, sentyabrın 21-də dərc olunmuş hesabatda, Azərbaycan 35 balla bu mənada azad olmayan ölkə sayılır. Qurum Azərbaycanın qonşuları Gürcüstan və Ermənistanı ortalama 70 balla azad hesab edib.

Bu reytinqi hazırlayanda Freedon Hause internetdə saytların bloklanması, hakimiyyəti tənqid edənlərin təqib olunması, interneti məhdudlaşdıran qanunlar, hakimiyyət təndiqçilərinin hesablarına hücumlar və s. kimi meyarları nəzərə alıb.

Gəncədə şahmat müəllimi işləyən 54 yaşlı Şahin Hacıyev deyir ki, o da Facebook-da yazdığı posta görə cəzalandırılıb:

“İlham Əliyevi Facebook-da tənqid etdiyimə görə məni həbs elədilər. Mən onu rus işğalçılarını ölkəyə dəvət etdiyi üçün qəzəblənib tənqid etmişdim”.

Şahin Hacıyev hesab edir ki, onun yeganı etiraz yeri həmişə Facebook səhifəsi olub, hətta tənqidi postlarına görə onu müəllimlikdən də çıxarıblar. O deyir ki, üç il əvvəl müxalifətdəki Xalq Cəbhəsi Partiyasına üzv yazılıb.

'İlham Əliyevi tənqid etdiyim üçün mənə 30 sutka verdilər'
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Bir qayda olaraq “qərəzli”

Azərbaycan hakimiyyəti bir qayda olaraq bildirir ki, ölkədə heç kim fikrini ifadə etdiyinə, siyasi baxışlarına görə təqib olunmur.

Hökumət Freedom House təşkilatının indiyəqədərki hesabatlarını da adətən “qərəzli” adlandırıb.

Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından olan üzvü Hikmət Məmmədov AzadlıqRadiosuna deyib ki, Freedom House-un bu hesabatı da əsassızdır və həqiqəti əks etdirmir:

“Ciddi beynəlxalq təşkilatlar adətən hesabat hazırlayarkən və yaxud məlumat yayarkən onu arqumentləşdirərək edirlər. Azərbaycanda elə bir hal yoxdur və Freedom House hesabatlarının çoxunda müəyyən bir fikir bildirir, amma onu arqumentləşdirmir. Məsələn, adı və soyadı ilə göstərə bilmir ki, kim internetdəki fəaliyyətinə görə həbs olunub. Ona görə də mən düşünürəm ki, bu doğru deyil. Hesab edirəm ki, nəhayət bunlara son qoymaq lazımdır. Axı Azərbaycanda heç bir halda interneti məhdudlaşdırmaq mümkün deyil. Nə bu qanunlarda nəzərdə tutulub, nə də ümumumiyyətlə belə münasibət də yoxdur”.

Hikmət Məmmədov hesab edir ki, Azərbaycanda internet məkanı qanunlar çərçivəsində hər kəs üçün azaddır.

Freedom House isə öz hesabatında müxtəlif nümunələr gətirir və bildirir ki, bu ilin yanvarında Azərbaycanda hətta polis bir istifadəçinin evinə gedib və özünü məşğulluq idarəsinin təmsilçisi kimi təqdim edərək onu evindən çıxmağa məcbur edib. Sənədə görə, həmin istifadəçi döyülüb, saxlanıb, yerli məmurları tənqid etdiyi Facebook postlarına görə üzr istəməyə məcbur edilib.

XS
SM
MD
LG