Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:29

İran polisindən ‘parlaq’ rəng xəbərdarlığı


Tehran, iyul, 2022
Tehran, iyul, 2022

Hicaba görə saxlanana azadlıq tələb edirlər

İranda hakim orqanlar qadın geyimləri istehsalçıları və satıcılarına xəbərdarlıq ediblər ki, məhsullarında “parlaq, gəl-gəl deyən” rənglərdən istifadə etsələr biznesləri bağlanacaq.

İranda dəb və geyim təşkilatının başçısı Məcid Emami Roydad24 vebsaytında Sənaye və Ticarət Nazirliyinə istinadla yazıb ki, qadın geyimləri istehsalçıları “qışqıran” rənglərdən istifadə etsələr, dizəcən üst geyimləri hazırlamaq hüququnu itirə bilərlər. İranda qadınlar belə üst geyimindən çox istifadə edir.

İran fəzaya peyk buraxdı
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

“Qanunsuz” rənglərlə bağlı qayda açıqlanmayıb

Ancaq o, hansı rənglərin “qanunsuz” hesab olunması haqda göstəriş, yaxud qayda olmadığını sözlərinə əlavə edib.

Emami onu da qeyd edib ki, “cəmiyyətin parlaq rəngdə dizə qədər üst geyimləri ilə problemi yoxdur”.

“Müvafiq qurumlar bu məhsula məhdudiyyət qoymaq istəyirsə, birinci cəmiyyətin zövqünü dəyişməlidir”, – Emami vurğulayıb.

Bu xəbər İranda hicab qaydasını pozanlara qarşı təzyiqlərin gücləndirildiyi bir dönəmdə baş verir. Son həftələr bu qaydanı pozduğu bildirilən qadınlar hökumət binalarından, banklardan, ictimai nəqliyyatdan çıxarılır.

İranda qadınlar və yaşı 9-da yuxarı qızlar üçün hicab 1979-cu il İslam İnqilabından bəri məcburidir.

Avtobusdakı hicab qalmaqalından sonra...

Qərbi Lurestan vilayətində yüzlərlə insan haqları fəalı bəyanat yayaraq hicab qaydasına etiraz etdiyinə görə saxlanan qadının buraxılmasına çağırıb. Onun televiziyada etiraf çıxışı etmək üçün döyüldüyü bildirilir.

Məktuba imza atanlar Sepideh Raşnonun dövlət televiziyasında “məcburi etiraf”ını “gülünc göstəri” adlandırıb, televiziya proqramının prodüserini, Raşnoya qarşı “təhqiredici davranış”ı pisləyiblər.

İran İnsan Haqları Fəallarının Xəbər Agentliyi avqustun 5-də bildirib ki, Raşno televiziyada hicab qaydalarını pozduğunu etiraf etmək üçün döyülüb.

Şahidlərin agentliyə dediyinə görə, Raşno xəstəxanaya köçürüləndə qan təzyiqi aşağı olub, çətinliklə yeriyib. Müayinədən dərhal sonra həbsxanaya qaytarılıb.

28 yaşlı yazıçı və rəssam Raşno iyunun 15-də saxlanıb. Bundan öncə onun Tehranda avtobusda hicab qaydasına nəzarət edən qadınla mübahisəsinin videosu yayılıb. Həmin qadın avtobusu hicabsız sürən Raşnonun videosunu İslam İnqilab Keşikçiləri Korpusuna (İİKK) göndərməklə hədələyib.

Gözlərinin altı qaralmış, özü solğun olub

Bundan sonra saxlanan Raşno vəkillə təmin edilməyib, ona qarşı ittihamlar da açıqlanmayıb.

Twitter-də “Sepideh hardadır?” həştəqi ilə kampaniya başlanıb.

İyulun 30-da İranın dövlət televiziyası onu göstərəndə gözlərinin altı qaralmış, özü solğun olub, çətinliklə yeriyib.

Raşno bir neçə saniyəlik, studiyaya bənzər yerdə görünüb, çox güman, hakim orqanların yazdığı kimi cümlələri səsləndirib.

Bəyanatı imzalayanlar özlərini “Luristanın fərqli sosial siniflərindən kişi və qadınlar” kimi təqdim edir, Sepideh Raşnonun dərhal buraxılmasını, dövlət televiziyasından üzrxahlıq tələb edirlər. Onlar İran ədliyyəsindən Raşnoya “işgəncə verən və televiziyada məcburi etirafını yayanlara qarşı hüquqi tədbir görməyə” çağırıblar.

XS
SM
MD
LG