Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:40

'Isma Bike' velosipedinə 'yaşıl işıq'


İ.Əliyev İsmayıllıda velosiped zavodunun açılışında
İ.Əliyev İsmayıllıda velosiped zavodunun açılışında

Nazirlər Kabineti velosiped istehsalı məqsədiylə idxal olunan ehtiyat hissələrini gömrük rüsumlarından azad etdi. Qərar iyunun 21-də imzalanıb və 30 gündən sonra qüvvəyə minəcək.

Velosiped istehsalçısı qarşıdakı iki il ərzində tələb olunan ehtiyat hissələrini gömrük rüsumları ödəmədən gətirəcək.

İsmayıllıdakı «Isma Bikes» zavodu «Synergy Group» MMC şirkətlər qrupuna məxsusdur. Zavod 2016-cı ilin avqustunda istifadəyə verilib. Media müəssisənin az sonra fəaliyyətini dayandırdığını yazır.

İDXAL 36.5 MİN ƏDƏD ARTIB

Azərbaycanda velosipedə illik tələbatın 50-60 min ədəd olduğu bildirilir. Zavod bunun yarısı qədər velosiped buraxacaq.

Bakıda velosiped sürmək əsl hünər istəyir
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2016-cı ildə Azərbaycana 78 min 907 ədəd – inişilkindən 36.5 min ədəd çox ikitəkərli və digər velosipedlər idxal olunub. Onların toplam dəyəri 2 milyon 768 min dollar olub. Bir ədəd velosipedin orta idxal qiyməti 35 dollar - 2015-ci ildəkindən 2 dəfə baha qiymətləndirilib. Bundan başqa, ötən il velosiped üçün 165 min ədəd rezin şin (ümumi dəyəri 193.4 min dollar), 263 min ədəd rezin kamera (142.4 min dollar), eləcə də 836 min dollar dəyərində digər ehtiyat hissələri gətirilib.

YERLİ VELOSİPED NEÇƏYƏ SATILACAQ?

İsmayıllı velosiped zavodunun tikintisinin və avadanlıqlarının alınmasının 7 milyon manata başa gəldiyi bildirilir. Burada uşaq və idman velosipedləri ilə yanaşı, əlil arabaları, diyircəkli xəstəxana avadanlıqları da buraxılacaq. Məhsulun bir hissəsinin ixrac edilməsi də nəzərdə tutulur. Media zavodun rəhbərliyinə istinadən yazırdı ki, bir ədəd velosiped satışa 200-400 manata çıxarılacaq.

XS
SM
MD
LG