Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:32

İsrail vaksinin 4-cü dozasının vurulmasına başlayacaq


Hökumət yaşı 12-dən çox olanları və ikinci dozanı azı beş ay bundan əvvəl qəbul edənləri üçüncü dozaya hazırlaşmağa çağırıb
Hökumət yaşı 12-dən çox olanları və ikinci dozanı azı beş ay bundan əvvəl qəbul edənləri üçüncü dozaya hazırlaşmağa çağırıb

İsrail koronavirusa qarşı vaksinin 4-cü dozasının vurulmasına hazırlıq işlərinə başlayıb

İsrail koronavirusa qarşı vaksinin 4-cü dozasının vurulmasına hazırlıq işlərinə başlayıb.

The Independent yazır ki, bu barədə açıqlamanı İsrail hökumətinin pandemiya üzrə koordinatoru verib.

İsrailin baş COVID-19 koordinatoru vəzifəsinə iyulda təyin edilmiş professor Salman Zarka Kan ictimai radiosuna müsahibəsində deyib ki, sayca ikinci buster dozanın vurulması üçün dəqiq vaxt müəyyən edilməyib:

“Nəzərə alsaq ki, virus hələ bizimlədir və bizimlə qalmaqda davam edəcək, biz habelə dördüncü dozanın vurulmasına hazır olmalıyıq. Bizim həyatımız bundan sonra belə - dalğalarla davam edəcək”.

Hindistanda yeni ölümcül virus peyda olub
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Yoluxmalar artmaqda davam edir

Avqustun 1-də İsrail dünyada buster – gücləndirici üçüncü dozanın vurulduğu ilk ölkə olmuşdu.

Üçüncü doza ilk növbədə yaşı 60-dan çox olanlara vurulur.

Hökumət yaşı 12-dən çox olanları və ikinci dozanı azı beş ay bundan əvvəl qəbul edənləri üçüncü dozaya hazırlaşmağa çağırıb.

İndiyədək İsrail əhalisinin 60 faizinə iki doza koronavirus vaksini vurulub. Buna baxmayaraq ölkədə yoluxmalar artmaqdadır.

Həkimlər bunu virusun daha yoluxucu Delta variantının yayılması ilə əlaqələndirirlər.

Hər il iki doza vurdurmaq lazım gələcək

İsraildə hazırda günə 10 mindən çox COVID-19-a yoluxma qeydə alınır.

Yoluxmaların belə sürətlə və kəskin artması vaksinlərin effektivliyinə şübhə yaradıb.

İsrailin Səhiyyə Nazirliyi buster dozasının vurulması qərarını qəbul etməzdən əvvəl bildirmişdi ki, Pfizer vaksininin effektivliyi 64 faizə enib.

Nazirlik bunu da Delta ştammının yayılması ilə izah etmişdi. Pfizer bu iddiaları təkzib edib.

İsrail hökuməti ümid etdiyini bildirir ki, buster dozalar xəstəliyin yayılmasını cilovlamaq imkanı verəcək.

Doktor Zarka deyib ki, koronavirusa qarşı ildə hər beş-altı aydan bir olmaqla iki dəfə vaksin vurulması tələb olunacaq.

XS
SM
MD
LG