Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:32

Heyvansevərlər 'Toplan'ın şikayəti ilə məhkum olundu


Heyvansevərlər Balaxanıda aksiya keçirib
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

Heyvansevərlər Balaxanıda aksiya keçirib (2017)

Heyvan haqlarının müdafiəsi ilə məşğul olan ictimai fəallar məhkum edilib. Sentyabrın 27-də Xətai rayon Məhkəməsində Elxan Mirzəyev, Nicat İsmayılov, Aynur Babazadə İlhamə Nəsirova haqqında ittiham hökmü çıxarılıb. Onlar böhtan və təhqirdə suçlu sayılaraq hər biri min manatdan 2 min manata qədər cərimələnib. Bu hökm "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin işçilərinin şikayəti əsasında çıxarılıb.

Xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldıran Günel Musayeva Cəlal Mikayılov "Toplan"ın baytarlarıdırlar. Onlar iddia edir ki, adları çəkilən heyvansevərlər sosial media hesablarında "Toplan" haqda yazdıqları ilə onların ləyaqətini ləkələyib, nüfuzdan salıb.

100 min manat kompensasiya tələbi

Onlar məhkəmənin gedişində mülki iddia da qaldırmışdılar, onlara mənəvi ziyan dəydiyini bildirərək ictimai fəallardan 100 min manat kompensasiya tələb edirdilər. Məhkəmə mülki iddianı qismən təmin edib - təqsirləndirilən fəalların birindən 500, ikincisindən 700, qalan ikisinin isə hər birindən də 1000 manat təzminat alınıb onlara ödənilməsinə qərar verilib.

İctimai fəallar isə özlərini təqsirli bilmir, məhkəmə iddiasının da, çıxarılmış hökmün də sifarişli olduğunu deyirlər. Onlar vurğulayıb ki, "Toplan" haqda yazılanlara görə baytarların məhkəmədə iddia qaldırmaq səlahiyyəti yoxdur. Bunu təşkilatın rəhbəri edə bilərdi.

İttiham

İddia olunur ki, "Toplan"da saxlanılan heyvanlara işgəncə verilir. Fəallar "Toplan"ın qarşısında və Bakının mərkəzində etiraz aksiyaları keçirərək həmin mərkəzin fəaliyyətinin ictimaiyyətə açıq olmasını, orada saxlanılan sahibsiz itlərin göstərilməsini tələb ediblər. İnzibati qaydada həbs olunanlar olub.

"13 aydır davam edən bu qərəzli və sifarişli məhkəmənin qərarına etiraz edirəm. Hökmdən şikayət edəcəyik. "Toplan" adlı qurum korrupsionerlər və talançılar tərəfindən idarə olunur", - Nicat İsmayılov bildirib.

"Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yaradılıb.

XS
SM
MD
LG