Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:38

Karantinin erkən ləğvi ‘Putin konstitusiyasına’ səsvermə ilə bağlıdır?


Moskva meri Sergei Sobyanın şəhər sakinlərinə iyunun 12-də Rusiya Günü və iyunun 24-də Qələbə paradı ilə bağlı rəsmi tədbirlərə getməməyi tövsiyə edib.

Prezident Vladimir Putin koronavirus pandemiyasına görə hər il mayın 9-da yer alan tədbiri iyunun 24-ə keçirib.

Rusiyanın “Rossia 24” telekanalında çıxış edən mer deyib ki, bu tarixlərdə heç bir kütləvi təbdir nəzərdə tutulmayıb və belə tədbirlər pandemiyaya görə hələ də qadağandır.

O moskvalılara deyib ki, bayram tədbirlərinə “televizorda baxmaq daha yaxşıdır”.

Moskva meri “evdə qal” rejimini iyunun 8-dən ləğv edib.

Sobyanın iyunun 11-də habelə bildirib ki, ticarət mərkəzlərinin bir həftə bundan əvvəl açılmasından sonra “şəhərdə pis heç nə baş verməyib”.

Mer əlavə edib ki, əksinə, göstəricilər istisnasız olaraq bütün parametrlər üzrə yaxşılaşır.

Putinlə telefon söhbətindən sonra

Bundan əvvəl Moskvada elektron buraxılış vəsiqələrinin fəaliyyəti iyunun 14-dək uzadılmışdı.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Sobyanin məhdudiyyətlərin erkən qaldırılması qərarına prezident Vladimir Putinlə telefon söhbətindən sonra gəlib.

Meduza qəzetinin yazdığına görə bundan məqsəd Konstitusiyaya düzəlişlərə dair iyulun 1-də keçirləcək referenduma çox sayda adamın gəlməsinin təmin edilməsidir.

Bu düzəlişlər Putinə 2036-cı ilədək hakimiyyətdə qalmaq imkanı verməlidir.

“Təhlükəli referendum”

Lakin politoloqlar və həkimlər karantinin erkən qaldırılmasının təhlükəli olacağından narahatdırlar.

Rəsmi məlumatlara görə iyunun 11-də Moskvada koronavirusa 1500 yeni yoluxma qeydə alınıb. COVID-19-dan həmin gün 53 pasient vəfat edib.

Bu da xəbər verilir ki, son günlər koronavirusa gündəlik yoluxma rəqəmi 2000-dən bir qədər az olaraq qalır.

Buna görə də Rusiyada bir çox həkimlər və tibb rəsmiləri karantinin erkən qaldırılmasının infeksiyaların sıçrayışlı artımı ilə nəticələnəcəyini deyirlər.

İyunun 9-da Moskvadakı 31 nömrəli xəstəxananın kardioloqu Oleg Gorodetsky Facebook-da yazıb ki, karantinin erkən ləğvi “parad və Putinin prezidentlik müddətlərinin sıfırlanması” üçün referendumla bağlıdır.

XS
SM
MD
LG