Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:20

Köçkünlərə güzəşt torpaqlarına qayıdana kimi davam edəcək


Məcburi köçkün qadınların 'çörəkpulu' nə zaman kəsilir: Nazirlər Kabinetinin qərarı Konstitusiyaya ziddir?
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00

Məcburi köçkün qadınların 'çörəkpulu' nə zaman kəsilir: Nazirlər Kabinetinin qərarı Konstitusiyaya ziddir?

Artıq bir ildən çoxdur ki, Azərbaycanda işğaldan azad olunmuş ərazilərə köç var. Füzuli, Zəngilan, Laçın rayonlarının bəzi kəndlərinə keçmiş məcburi köçkünlər köçürülür. Şuşa şəhəri və bəzi digər ərazilərə isə gələn ilin əvvəlindən köç olacağı bildirilir.

Azərbaycanda məcburi köçkünlər üçün müəyyən sosial ödənişlər nəzərdə tutulub. Məcburi köçkünlərin yemək xərci üçün nəzərdə tutulmuş məbləğ aylıq 60 manat təşkil edir. Onlara kommunal güzəştlər də var. Bəzi mənbələrdə isə həmin yemək xərcləri üçün ayrılan vəsaitin tədricən kəsiləcəyi deyilir.

"Çörəkpulumu niyə kəsməlidirlər ki?"

Laçın rayonundan adının çəkilməsini istəməyən köçkünlərdən biri AzadlıqRadiosuna deyib ki, hələ də Bakıda yataqxanaların birində yaşayır və nə vaxt öz doğma torpağına köçürüləcəyi barədə məlumatsızdır: "Bəzi yerlərə köç başlasa da, biz, hələlik, gözləyirik. Deyirlər, tez olacaq. Mən hələ də yataqxanada yaşayıram və mənim üçün heç nə dəyişməyib. Belə olan vəziyyətdə mənim çörəkpulumu niyə kəsməlidirlər ki? Köçək, sonra bu 60 manat nəyimə lazım olacaq ki?".

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən "Turan"a bildirilib ki, 2022-ci il iyulun 19-dan başlayaraq Laçın, Füzuli şəhərlərinə, Zəngilan rayonunun Ağalı, Tərtərin Talış və Laçının Zabux kəndlərinə 2 min 700 nəfərdən çox keçmiş məcburi köçkünün qayıdışı baş tutub.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərə 2026-cı ilin sonunadək 34 min 500 ailənin köçürülməsi nəzərdə tutulur.

Füzuliyə köç kimlərin köçüdür?
Gözlə

No media source currently available

0:00 0:04:25 0:00

Nazirlik: "Dəstək tədbirləri qayıdış başa çatana qədər..."

Maliyyə Nazirliyindən "Turan"a verilən məlumata görə, məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı dəstək tədbirləri onların öz doğma yurdlarına qayıdışı başa çatana qədər davam etdiriləcək: "Bu istiqamətdə 2022-2026-cı illərdə həyata keçirilməsi nəzərdə tutulan tədbir və layihələr "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda öz əksini tapıb. Ortamüddətli dövrdə əhalinin dayanıqlı məskunlaşması üçün həmin ərazilərdə ilkin şəraitin yaradılması planlaşdırılır".

"Ödənişlər çox aşağıdır"

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna bildirib ki, köç prosesi başa çatmadan və yaxud da ən azından müəyyən rəqəmlərə çatmadan sosial ödənişlərin ləğvi məcburi köçkünlərdə ciddi narazılıq yarada bilər: "Ona görə də ən azı böyük köç dalğası başlamayana qədər yardımların davam etdirilməsi doğrudur. Hər halda biz məcburi köçkünlərin 100 minlərlə olduğunu nəzərə alsaq, hələlik, köç çox cüzidir və ona görə də həmin yardımlar davam edəcək".

Onun fikrincə, həmin sosial ödənişlərin məbləğləri çox aşağıdır: "Onların artırılması da nəzərdə tutulmur. Məbləğlərin artırılmasındansa, bu sosial ədalət prinsipinin bir çox əhali qruplarına yayılması daha məntiqli olardı. Məsələn, ən azından kommunal xidmətlərdə limitlərin götürülməsi daha doğru olardı ki, bu da əhaliyə ümumi bir ədalətli yanaşmanı ortaya qoymuş olardı. Bu, həm məcburi köçkünlərin işinə yarıyardı, həm də əhalinin bütün təbəqələri bu məsələdən yararlanardı".

Kəlbəcərli məcburi köçkün: 'Evlərimizi yer üzündən kürüyürlər'
Gözlə

No media source currently available

0:00 0:05:42 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Ermənistanla münaqişə Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonunun işğalı ilə nəticələnib. 100 minlərcə insan o ərazilərdən Azərbaycanın başqa bölgələrinə köç edib. 2020-ci ildə müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

XS
SM
MD
LG