Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:23

Wall Street Journal: Eksperimental koronavirus vaksini sınaqdan çıxarılacaq


Coronavirus və onun daxili quruluşu
Coronavirus və onun daxili quruluşu

ABŞ-ın Massaçussets ştatında yerləşən biotexnologiya şirkətlərindən biri fevralın 24-də koronavirusa qarşı eksperimental vaksinin ilk dəstini Birləşmiş Ştatların hökumətinə göndərib.

The Wall Street Journal qəzeti yazır ki, bu xəbərdən bir neçə saat sonra Moderna şirkətinin səhm qiymətləri sıçrayışla artıb.

Xəbər verilir ki, kliniki sınaqlara hazırlıq olaraq Moderna yüzlərlə flakon vaksini Merilenddəki Milli Allergiya və İnfeksion Xəstəliklər Mərkəzinə göndərib.

Bu mərkəzdə, qarşıdan gələn aprel ayında 20-25 sağlam könüllünün üzərində təcrübə aparılacaq.

Mərkəz ümid edir ki, eksperimental vaksinin iki vahidi insanı Covid-19 virusundan qoruya biləcək.

İndiyədək dünya boyunca bu virusa 80 min insan yoluxub və bunlardan 2600-ü vəfat edib.

Başqa bir əczaçılıq şirkəti Gilead Sciences firmasının da səhm qiymətləri qalxıb. Bu müəssisə də koronavirusun müalicəsi üzərində işləyir.

Dünya Səhiyyə Təşkilatı (DST) bildirmişdi ki, Gilead şirkətinin taktikası koronavirusun müalicəsi üçün ən yaxşı namizəd ola bilər.

Koronavirusdan necə qorunmalı
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

Bir virusa iki yanaşma

Lakin bu da qeyd olunur ki, Moderna və Gilead firmalarının koronavirus vaksininə yanaşması fərqlidir.

Gilead artıq virusa yoluxmuş şəxslərin müalicəsi üzərində işləyir. Şirkət bu məqsədlə eksperimental olaraq Ebolaya qarşı preparatlardan istifadə edir.

Moderna isə koronavirus yoluxmasının qarşısını alacaq vaksini tapmağa çalışır.

Qəzet yazır ki, ABŞ alimləri artıq iyul-avqust aylarında kliniki təcrübələrin nəticələrinə malik olacaqlar.

Koronavirus üzərində daha bir neçə ABŞ şirkəti işləyir, amma insan üzərində eksperiment mərhələsinə ən tez Moderna çatıb.

Alimlər bildirirlər ki, bu, vaksinin əldə olunması prosesində birinci fazadır.

Əczaçılıq və biotexnoloji şirkətlər normativ üzrə üç kliniki tədqiqatdan keçməlidirlər.

Bundan sonra hökumət komissiyası vaksinin tətbiqinə icazə verməlidir.

Moderna şirkətinin üzərində işlədiyi variantda proteinlərin yaradılması məqsədilə DNT-nin məlumatlarını daşıyan RNT “messencerlərindən” istifadə olunur.

Eksperimental koronavirus vaksini insan orqanizminə virusdan proteinlər istehsal etmək komandası verir.

Proteinlər insanı xəstələndirmir, amma immun sistemin tətiklənməsinə və orqanizmin koronavirusdan qorunmasına kömək edir.

XS
SM
MD
LG