Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:39

Kosa qızını Keçələ niyə vermək istəmir?


Teatr kollektivi
Teatr kollektivi

Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində azyaşlılar üçün «Kosanın qızı» tamaşasını göstərəcək.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, Rəhman Əlizadənin «Keçəlin toyu» pyesinin motivləri əsasında, Anar Sadıqovun ssenariləşdirdiyi səhnə əsərinin rejissoru və musiqi tərtibatçısı Əlif Cahangirdir.

Tamaşanın rəssamı İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənovadır.

Səhnə əsərində Mirzə Ağabəyli və Əlvida Cəfərov (Dədə Qorqud), Mehriban Xanlarova (Küpəgirən), Rada Nəsibova (Bahar qızı), Ramin Şixəliyev və Vüsal Mustafayev (Keçəl), Cümşüd Zeynalov və Vüsal Məmmədov (Kosa), Rəşad Bəxtiyarov (Həkim) və Firuzə Balayeva (Keçi) çıxış edəcəklər.

Tamaşanın süjeti belədir: Keçəl Kosanın qızı Bahara aşiq olur. Ona evlənmək istəyir. Qazı vəzifəsinə təyin olunan Kosa isə artıq Keçəli bəyənmir və qızını ona vermək istəmir. Günlərin birində Keçəlin tapdığı sehrli mücrü hadisələri kökündən dəyişir...

Tamaşa martın 17-dən saat 11:00, 13:00, 15:00 və 17:00-də göstəriləcək.

XS
SM
MD
LG