Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:40

Latviya Solovyova qadağan qoydu


Vladimir Solovyov
Vladimir Solovyov

Latviyanın xarici işlər naziri Edqar Rinkeviç bəyan edib ki, Rusiya televiziyasının aparıcısı Vladimir Solovyovun onun ölkəsinə girişi qadağan olunub.

Nazir deyib ki, bu addımteleaparıcının “nasizmi tərənnüm etməsi” ilə əlaqədar atılıb və Solovyov bundan sonra Latviyada azuolunmaz şəxs hesab edilir.

Vladimir Solovyov RIA Novosti agentliyinə Latviyaya giriş qadağanı ilə bağlı məhkəməyə müraciət edəcəyini deyib.

Bugünlərdə Vladimir Solovyov Rossia 1 telekanalında yayınlanan verilişində Adolf Hitleri “cəsur adam” adlandırıb.

O deyib ki, Hitler I Dünya Müharibəsindən fərarilik etməyib və “şərəflə döyüşüb”.

Bu verilişdə Solovyov Hitleri hazırda həbsdə olan Rusiya müxalifətçisi Aleksey Navalnı ilə müqayisə edib.

“Qulfik-fürer”

Solovyov Navalnını lağla “qulfik-fürer” adlandırıb. Qulfik rusca kişi alt tumanının bir elementidir.

Teleaparıcı Navalnının orduda xidmət etdiyinə inanmadığını deyib.

Solovyov müxalifətçini antisemit olmaqda günahlandırıb və bunun ardınca Otto Skorsenini tərifləyib.

RBK agentliyinin bu barədə suallarına cavab verərkən Solovyov deyib ki, o Skorseni və Hitlerin igidliyini tərifləməklə nasizmə haqq qazandırmayıb.

İki il bundan əvvəl Navalnının bu barədə təhqiqat reportajından sonra Solovyov İtaliyada daşınmaz əmlakının olduğunu etiraf ermişdi.

Latviya Avropa İttifaqının üzvü kimi Şengen viza zonasına daxildir.

Bununla belə, Aİ-nin hər bir üzvü ayrılıqda istədiyi hər hansı xarici subyektə qadağan qoya bilər.

XS
SM
MD
LG