Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:00

Lerikdə kanalizasiya suyu çaya axır?


Lerikdə kanalizasiya suyu çaya axır?
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

Lerikdə kanalizasiya suyu çaya axır?

Cobirçaya kanalizasiya sularının axıdıldığı ilə bağlı şikayətlər var. Lerik rayonundan Lənkəran rayonuna axan bu çayın suyundan kənd əhalisinin də istifadə etdiyi deyilir.

Azərbaycanda belə şikayətlərə həm digər bölgələrdəki çaylar, həm də Bakıda Xəzər dənizi ilə bağlı tez-tez rast gəlmək olur.

Sumqayıt sakini: 'Samur-Abşeron kanalına çirkab sular axıdılır'
Gözlə

No media source currently available

0:00 0:05:44 0:00

"Mal-qara da bu sudan içir, əkin üçün də…"

Jurnalist Elxan Mirzəyev bildirir ki, Cobirçay Lerikdən Lənkərana axan əsas çaylardan biridir: "Bir müddət əvvəl "Azərsu" ASC Lerik şəhərinin yaxınlığında kanalizasiya qovşağı tikib, hazırda isə bütün çirkli sular çaya axıdılır".

Onun sözlərinə görə, həmin sudan əhali istifadə edir: "Mal-qara da bu sudan içir, əkin üçün də ondan istifadə edilir. İstirahət mərkəzləri bu çayın qırağında yerləşir".

Jurnalist deyir ki, sudan qəribə kimyəvi dad gəlir, su köpüklənir.

Tualetdən birbaşa Xəzərə: 'Heç kəsin vecinə deyil'
Gözlə

No media source currently available

0:00 0:05:33 0:00

"Çaya tullantı sularının axıdılması mümkün deyil"

"Azərsu" ASC-dən isə "Turan"a bildirilib ki, Lerikdə təmizləyici qurğu quraşdırılıb, istismar olunur və işləyir: "Yəni, Lerik şəhərində yaranan tullantı suları təmizlənir, sonra kənarlaşdırılır. Ona görə də bu çaya Lerik şəhərindən tullantı sularının axıdılması mümkün deyil".

Ətraf mühit siyasəti üzrə ekspert Cavid Qara isə AzadlıqRadiosuna bildirib ki, ölkədə əksər kanalizasiya suları çaylara və dənizə axıdılır: "Bölgələrdə kanalizasiya sularının təmizlənməsi infrastrukturu yoxdur. Bakıda çox az tutumda var. Gücü çatmır və bütün yarımadanın kanalizasiya suları ora axmır".

C.Qara
C.Qara

"Çaydakı canlıları öldürür və..."

Mütəxəssisin sözlərinə görə, tullantı sularının çaylara axıdılması böyük fəsadlar yaradır: "Axıntının miqdarından asılı olaraq çaydakı canlıları öldürür və suvarma məqsədilə istifadə edildikdə torpağı zəhərləyir".

Ekoloq qeyd edib ki, kanalizasiya suyunda kimyəvi maddələrin konsentrasiyası da önəmlidir: "Sadəcə üzvi axıntılardırsa, çox da ciddi mənfi təsiri olmayacaq. Məişətdə axıntının əsas mənfi təsiri yuyucu və gigiyenik vasitələrin suya qarışmasıdır. Bunlar əsas çirklənmə mənbələridir. Üzvi tullantılar isə çayın su hövzəsinin mineral balansını poza bilir ki, bu da balıqların və digər canlıların kütləvi ölümü ilə nəticələnə bilər".

XS
SM
MD
LG