Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:38

'Azatutyun': Macarıstan vetonu qaldırıb, Ermənistan Aİ-dən 10 milyon avro alacaq


Üçüncü Qarabağ savaşı realdır? - Vaşinqton, Yerevan və Bakıdan rəylər
Gözlə

No media source currently available

0:00 0:12:41 0:00

Üçüncü Qarabağ savaşı realdır? - Vaşinqton, Yerevan və Bakıdan rəylər

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Avropa İttifaqındakı diplomatik mənbələrə istinadla yazır ki, bu il Ermənistan ilk dəfə olaraq Aİ-nin Sülh Fondundan 10 milyon avro alacaq.

Mənbələrin sözlərinə görə bu, Macarıstan vəsaitin ayrılması üzərinə qoyduğu vetonu qaldırdıqdan sonra mümkün olub.

Eyni mənbələr bildirirlər ki, “bütün üzv ölkələr artıq “yaşıl işıq” yandırıblar və layihə əvvəlcə Aİ səfirlərinin iyulun 17-də keçiriləcək görüşündə, daha sonra isə Aİ xarici işlər nazirlərinin iyulun 22-nə təyin olunmuş iclasında təsdiq ediləcək”.

Macarıstanla kompromis

Azatutyun xatırladır ki, bundan əvvəl, aprel ayında Macarıstan bu layihəyə veto qoymuşdu. Budapeşt Aİ Sülh Fondundan Azərbaycana da vəsait verilməsini təklif edirdi. Lakin Budapeştin təklifi qəbul olunmadıqdan sonra kompromis variant tapılıb. Bu kompromisə görə Azərbaycana minalardan təmizləmə işləri üçün vəsait Sülh Fondundan yox, başqa qurumdan veriləcək.

Azatutyun yazır ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən may ayında Macarıstana səfər etmişdi.

O ümid etdiyini bəyan etmişdi ki, bu ildən Avropa İttifaqının sədrliyinə gələn Macarıstan Yerevanla Brüssel arasında münasibətlərin dərinləşməsini əngəlləməyəcək.

2021-ci ildə təsis olunmuş Aİ Sülh Fondu dünya boyunca münaqişələrin qarşısının alınması və ehtiyacı olan ölkələrə qeyri-ölümcül silahların verilməsi sahələrində fəaliyyət göstərir.

KTMT üzvü olsa da...

Azatutyun tanış olduğu sənədlərə istinadla yazır ki, Sülh Fondundan Yerevana veriləcək 10 milyon avro ilə Ermənistan ərazisində bir batalyonluq düşərgə modulu yerləşdiriləcək. Bu modulun habelə tibbi xidmətlər göstərəcəyi gözlənilir:

"Məqsəd Ermənistan silahlı qüvvələrinin dayanıqlığını və stabillik yaratma qabiliyyətinin artırılması və bununla da böhranlı və fövqəladə vəziyyətlərdə mülki əhalinin daha yaxşı müdafiəsinin təşkildir”.

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 3-də demişdi ki, Ermənistan təhlükəsizlik sahəsində bir ölkədən asılılığını aradan qaldırmağa çalışır.

Onun sözlərinə görə Ermənistan KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzvü olmasına baxmayaraq Fransadan da silahlar alır.

Azərbaycan istər Sülh Fondundan, istəsə də Fransadan Ermənistana silahlar verilməsini kəskin tənqid edib.

Aİ Sülh Fondu indiyədək Gürcüstan, Ukrayna və Moldovaya, habelə Somali və Konqo kimi Afrika ölkələrinə yardımlar edib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

XS
SM
MD
LG