Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:26

Konqresin spikeri Ukraynaya güclü dəstək bildirdi


Kevin Makkarti İsraildə çıxış edərkən
Kevin Makkarti İsraildə çıxış edərkən

“Rusiya Ukraynadan getməlidir”. Bunu İsraildə keçirilən mətbuat konfransında ABŞ Konqresinin spikeri Kevin Makkarti deyib.

Spiker mətbuat konfransında rusiyalı jurnalistin sualına cavabında Ukraynaya dəstək verilməsinə qarşı olduğuna dair iddiaları rədd edib:

“Mən Ukraynaya yardım edilməsinə səs vermişəm. Mən Ukraynaya yardımları dəstəkləyirəm. Biz Ukraynanı dəstəkləməkdə davam edəcəyik, çünki dünya orda baş verənləri real olaraq görür”.

Bu, ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Kevin Makkartinin Ukraynaya indiyədək ifadə etdiyi ən güclü dəstək sayılır.

Bundan bir neçə ay əvvəl spiker vəzifəsinə seçilmiş Makkarti demişdi ki, ABŞ-ın Ukraynaya yardımı “hüdudsuz ola bilməz”.

Moskvanı sevindirən, Kiyevi məyus edən bəyanat

Makkartinin bu bəyanatı bütün dünyada və o cümlədən əsas etibarilə Rusiya və Ukraynada diqqəti cəlb etmişdi, çünki ABŞ Konqresinin spikeri Vaşinqtonun, xüsusilə də maliyyə və hərbi yardımlarla bağlı qərarlarında həlledici rollardan birini oynayır.

Daha sonra Makkarti demişdi ki, o Ukraynaya dəstək verilməsi tərəfdardır, lakin Kiyevə yardımlar ayrılarkən buna büdcə komitəsinin nəzarət etməsini mühüm sayır.

Makkarti sözü gedən mətbuat konfransı zamanı Moskvanı “uşaqları qətlə yetirməkdə” ittiham edib.

O işarə edib ki, öz partiyasından olan bəzi millət vəkillərinin ABŞ-ın Ukraynaya yardımının əleyhinə çıxan bəyanatlarını bölüşmür.

Makkarti rusiyalı jurnalistin sualına cavabında deyib:

“Mən sizin ölkənizin Ukraynada etdiklərini dəstəkləmirəm. Mən sizin ölkənizin uşaqları qətlə yetirməsini dəstəkləmirəm...”

Donald Trampın tərəfdarları

ABŞ Konqressində istər demokrat, istərsə də respublikaçı millət vəkillərinin əksəriyyəti Ukraynaya Rusiya təcavüzündən qorunması üçün hərbi yardımların davam etdirilməsinə tərəfdardır.

Tezliklə ABŞ Konqresi Nümayəndələr Palatası Ukraynaya böyük hərbi yardım göstərilməsi məsələsinə baxmalıdır.

Bu debatlar zamanı Makkarti bir spiker kimi keçmiş prezident Donald Trampın tərəfdarı sayılan millət vəkillərinin xarici yardımların artırılmasına qarşı çıxışlarını dəf etməli olacaq.

Bundan əvvəl, Respublikaçı Partiyanın lideri olan Kevin Makkarti demişdi ki, Ukraynaya yardım üçün Kiyevə “boş çeklərin” verilməsinə qarşıdır.

Lakin daha sonra o bəyan etmişdi ki, Ukraynaya hərbi yardım göstərilməsinə, lakin bunun uçotlu qaydada edilməsinə tərəfdardır.

XS
SM
MD
LG