Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:30

Devalvasiya hökumətə umduğunu vermədi


Arxiv fotosu
Arxiv fotosu

Devalvasiya ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını gücləndirməliydi, amma hökumət bu məqsədinə çata bilmir.

Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, bu ilin 10 ayında ötən ilin eyni dövrüylə müqayisədə ixracat 34,48 faiz azalıb. Neftdənkənar sektorda hazırlanan məhsulların da ixracatında kəskin azalma gözə çarpır. Hökumətin ümid yeri olan bu sahədə də azalma danılmazdır.

Buna da bax:​ 'Böyük ehtimalla, manatın kəskin ucuzlaşmasına qərar veriləcək'

DGK-nın məlumatında bildirilir ki, bu ilin 9 ayında ölkə üzrə 844 milyon 100 min dollarlıq qeyri-neft məhsulları ixrac edilib. Həmin göstərici ötən ilin eyni dövrüylə müqayisədə 25,3 faiz azalıb. Ötən 9 ayda orta aylıq qeyri-neft ixracatı 93,7 milyon dollar olub.

“Qeyri-neft ixracatının başlıca məhsulu...”

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, qeyri-neft ixracı daha da aşağı düşə bilər: “Nəzərə alsaq ki, qeyri-neft ixracatının başlıca məhsulu meyvə və tərəvəzdir, onda heç şübhəsiz ki, mövsümi amillərin təsiri ilə sonrakı aylarda qeyri-neft ixracatı azalacaq. Bu tendensiya özəlliklə ilin son aylarında valyutaya tələbatın artdığı dövrə təsadüf edəcək”.

Buna da bax:​ Neftdənkənar məhsullar: Həvəs və qəfəs qısqacında geriləmə

Ekspert müqayisə üçün deyir ki, Azərbaycanın bir aylıq qeyri-neft ixracatından olan gəlirləri, hətta indiki səviyyədə belə, valyuta bazarında 1 günlük hərracın tələbatını da ödəmir: “Bu durumda ölkənin tək ümidi neftdən əldə edilən valyuta gəlirləridir. Bu isə ildən ilə azalır, çünki ölkədə neft hasilatı aşağı düşür, dünyada da neft ucuzlaşır. Elə bu səbəbdən, gələn ilin büdcəsində 1 barrel neftin orta illik qiyməti 40 dollar müəyyənləşdirilib”.

XS
SM
MD
LG